Fullmetal Alchemist

Fullmetal Alchemist (鋼の錬金術師, Hagane no Renkinjutsushi?, azərb. Polad əlkimyagər‎)Hiromu Arakavanın manqası.

Fullmetal Alchemist
Birinci cildin qapağı
鋼の錬金術師
(Hagane no Renkinjutsushi)

(Fullmetal Alchemist)
Janr macəra, dram, komediya, stimpank
Manqa
Fullmetal Alchemist
ManqakaHiromu Arakava
Nəşriyyat Enix (2001-2003)
Square Enix (2003-2010)
Tərcüməçi nəşriyyatABŞ Viz Media (ingiliscə)
Rusiya Komiks Art, Eksmo (rusca)
Türkiyə Akılçelen Kitaplar (türkcə)
JurnalMonthly Shōnen Gangan
Demoqrafiyaşonen
Nəşr tarixiiyul 2001 - iyun 2010
Cildlər27
Fəsil sayı109
Anime
Fullmetal Alchemist
RejissorSeyci Mizuşima
StudiyaBones
KanalYaponiya MBS-TBS, Animax
Rusiya СТС, 2x2, Sony Sci-Fi
Türkiyə Kidz TV (Animez)
Buraxılış tarixi4 oktyabr 2003
— 2 oktyabr 2004
Vaxt25 dəq.
Seriyalar51
Manqa
ManqakaMakoto İnoe
NəşriyyatSquare Enix
Nəşr tarixi28 fevral 2003
- 22 aprel 2010
Cildlər10
Anime
Fullmetal Alchemist: Brotherhood
RejissorYasuhiro İrie
StudiyaBones
KanalYaponiya MBS-TBS
Buraxılış tarixi4 aprel 2009
— 4 iyul 2010
Vaxt25 dəq.
Seriyalar64
Anime filmləri
  Anime və manqa portalı

Edvard və Alfons Elriklər Amestris ölkəsinin Rizenburq kəndində yaşayırlar. Onları uşaqlıqda atası evi tərk edir. İllər sonra, anası Trişa Elrik xəstəlikdən ölür. Edvard və Alfons onu əlkimya ilə həyata geri qaytarmağa qərar verirlər. Onlara əlkimyanı öyrədən usta İzumi Körtis adlı xanımdır. Tədqiqat apararkən Edvard və Alfons anasını canlandıra bilən insan transmustasiyası haqqında öyrənirlər. Bu əlkimyanın tabu olan bir texnikidir. Anasını transmutasiya yoluynan həyata geri qaytarmağa cəd edəndə Edvard sol ayağını, Alfons isə bütün bədənini itirir. Edvard öz sağ qolunu da qurban verib, Alfonsun ruhunu zirehə yerləşdirərək onun canını xilas edir. Az sonra, Roy Mustanq adlı əlkimyagər Elrik qardaşlarını ziyarət edir və Edvarda Amestris ordusunda Dövlət Əlkimyagər (国家錬金術師, Kokka Renkinjutsushi?) vəzifəni təklif edir, məzənnəsinə isə bədənləri əvvəlki halına qaytarmağın yolu haqqında yeni tədqiqatı üçün onlara əlavə materiallar veriləcəyini deyir. Bundan sonra isə Edvard itirdiyi sol ayağı və sağ qolu, dostu Uinri Rokbell və onun nənəsi Pinako tərəfindən düzələn avtozireh adlı protez növü ilə əvəzlənir.

Edvard Dövlət Əlkimyagər olan kimi, Alfons ilə öz bədənləri keçmiş halına qaytarmaq məqsədi ilə araşdırmalara başlayır. Fəlsəfə daşını axtarırlar, çünki onun gücü onları məqsədlərinə çatdıra bilər. Öz yolunda qardaşlar başqa fəlsəfə daşını axtaran müttəfiqləri və düşmənləri ilə qarşılaşırlar.

2003-cü ilin anime serialı

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə çıxan anime serialın birinci yarısı manqa məzmunu ilə eynidir, lakin bundan sonra o fərqli inkişaf edir. Bu versiyada orijinalda olan bəzi personajlar göstərilməmişdi və əksinə orijinalda olmayan personajlar göstərilmişdi.

Hiromu Arakavanın orijinal manqası 27 cildə bölünmüş 108 fəsildən ibarətdir. Onun Square Enix nəşriyyatın Monthly Shonen Gangan jurnalında ilk çıxış tarixi 2001-ci ilin iyulun 12-dir, sonuncu fəsil isə 2010-cu ildə bu jurnalın iyun buraxılışda çıxdı.[1] 2010-cu ilin sentyabrında manqanın qəhrəmanların talelərin davamı haqqında qısa bir əlavə fəsil çap olundu.[2] 2011-ci ilin iyulda həmin jurnalda manqanın əvvəlki prototip versiyası çap olunmuş.[3] Square Enix bu fəsilləri iyirmi yeddi tankobon cildə yığdı. Birinci cild 2002-ci ilin yanvarın 22-dəç sonuncu isə 2010-cu ilin noyabrın 22-də çıxdı.[4][5] 2011-ci ilin iyulun 22-də Square Enix manqa serialını yenidən kanzenban şəkildə nəşr etdi.[6]

Bones studiyası manqa əsasında iki anime serial çəkdi.[7][8] Bundan əlavə, iki tam metrajlı anime istehsal olundu: Fullmetal Alchemist: Conqueror of ShamballaFullmetal Alchemist: The Sacred Star of Milos.[9][10]

2003-cü ilin animesi üçün musiqini Miçiru Oşima yazdı.[11] Bu anime serialın baş saundtrekı, Вера (rus. İnanc) xorun tərəfindən rus dilində ifa edilmiş Братья (rus. Qardaşlar) mahnısıdır. Mahnının sözlərinin müəllifləri animenın rejissoru olan, Seici Midzuşima və Rusiyalı şərqşünas, Tatyana Naumovadılar.[12] Yaponiyada 2004-cü ilin martın 24-də, 2003-cü ilin animesi ilə əlaqədər olaraq çıxan TV Animation Fullmetal Alchemist Original Soundtrack 1 adlı birinci CD disk 33 saundrek və bundan əlavə birinci açılış və sonluq mahnılarıdan ibarətdir;[13] TV Animation Fullmetal Alchemist Original Soundtrack 2 həmin ilin dekabrın 15-də çıxdı, o 30 saundrekdən ibarətdir;[14] 2005-ci ilin mayın 18-də çıxan TV Animation Fullmetal Alchemist Original Soundtrack 3 adlı üçüncü diskdə isə 27 saundrek var[15].

Fullmetal Alchemist: Complete BestFullmetal Alchemist Hagaren Song File :Best Compilation — birinci serialdan musiqi yığımıdırlar, onlar müvafiq olaraq 2004-cü ilin oktyabrın 14-də[16] və 2005-ci ilin dekabrın 21-də[17] çıxdılar. Bundan əlavə həmin 21 dekabr 2005-ci il tarixində Şambala fatehi filmi ilə əlaqədər olaraq Fullmetal Alchemist The Movie Conqueror Of Shamballa OST diski çıxdı. Orada bu tammetrajlı anime filmindəki işlənilən 46 saundrek var. 2004-cü ilin dekabrda Tokio və Osakada Tales of Another Festival konserti keçmişdi. Orada müxtəlif animelə və teleseriallardan musiqi ifa edilmiş və bundan əlavə sləndiricilər tərəfindən hekayələr oxundular. Fullmetal Alchemist Festival—Tales of Another adlı bu konsertin yazısı ilə DVD Yaponiyada 2005-ci ilin aprelın 27-də üzə çıxdı.[18]

Fullmetal Alchemist: Brotherhood serialı üçün musiqini Akira Sencu yazdı. Bu musiqinin birinci diski 2009-cu ilin oktyabın 14-də,[19] ikici 2010-cu ilin martın 24-də,[20] üçüncü isə 2010-cu ilin iyulun 7-də[21] üzə çıxdı. 2010-cu ilin iyulun 28-də Fullmetal Alchemist Final Best adlı açılış və sonluqların yığımı nəşr olundu.[22] 2011-ci ilin iyunun 29-da Taro İvaşiro yazdığı The Sacred Star of Milos filmin saundtreki çıxdı.[23]

Musiqi Çərçivələr
[redaktə | mənbəni redaktə et]

Square Enix nəşriyyatı Makoto İnoue Fullmetal Alchemist əsasında yazdığı yapon dilində yeddi ranobe buraxdı.[24][25] Bu ranobelər manqa serialın spin off-udular. Onların birincisi olan, Fullmetal Alchemist: The Land of Sand ranobenin əsasında animenin on birinci və on ikinci seriyalar çəkilmişdir.[26] Bundan əlavə PlayStation 2 üçün Fullmetal Alchemist and the Broken Angel, Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir, Fullmetal Alchemist 3: Kami o Tsugu Shōjo oyunların əsasında romanlar yazılıblar. Birincisi Makoto İnoue, başqaları isə Cun Eişima tərəfindən.[24]

Fullmetal Alchemist əsasında bir sıra videooyun seriyaları çıxmışdı. Square Enix tərəfindən üç RPG oyunu buraxılmış: Fullmetal Alchemist and the Broken Angel, Curse of the Crimson Elixir, və Kami o Tsugu Shōjo; Bandai isə iki RPG oyunu: Fullmetal Alchemist: Stray Rondo (鋼の錬金術師 迷走の輪舞曲, Hagane no Renkinjutsushi Meisō no Rondo?)Fullmetal Alchemist: Sonata of Memory (鋼の錬金術師 想い出の奏鳴曲, Hagane no Renkinjutsushi Omoide no Sonata?) Game Boy Advance üçün buraxmışdı və bundan əlavə, Dual Sympathy oyunu Nintendo DS üçün. 2010-cu ilin mayın 20-də Bandai Yaponiyada PlayStation Portable üçün Fullmetal Alchemist: To the Promised Day (鋼の錬金術師 Fullmetal Alchemist 約束の日へ, Hagane no Renkinjutsushi Fullmetal Alchemist Yakusoku no Hi e?) adlı RPG oyunu buraxdı.[27] Bandai həmçinin PlayStation 2 üçün Dream Carnival adlı oyunu buraxdı. Destineer isə toplama kart oyunun əsasında Şimalı Amerikada Nintendo DS üçün oyunu buraxdı.[28][29] Yaponiyada istehsal olunmuş yeddi oyundan ancaq Broken Angel, Curse of the Crimson Elixir, və Dual Sympathy bəynəlxalq bazara buraxılıb. Wii üçün Akatsuki no Ōji (暁の王子, lit. Fullmetal Alchemist: Prince of the Dawn?) oyunu Yaponiyada 2009-cu ilin avqustun 13-də çıxdı.[30] Bu oyunun Tasogare no Shōjo (黄昏の少女?, lit. Fullmetal Alchemist: Daughter of the Dusk) adlı həmin konsol üçün sikvelı 2009-cu ilin dekabrın 10-da çıxdı.[31]

Funimation Fullmetal Alchemist ilə əlaqəli videooyunlar yaratmaq və onları Destineer vasitəsi ilə ABŞ-də nəşr etmək üçün lisenziyanı almışdı.[32] 2006-cı ilin dekabrın 15-də Destineer korporasiyası Dual Sympathy oyunun tərcüməsi nəşr etdi və gələcəkdə satışa başqa oyunları buraxacağını elan etmişdi.[33] Destineer 2007-ci ilin fevralın 19-da elan etdiyi, Fullmetal Alchemist Trading Card Game adlı kart oyunun isə satışa həmin ilin oktyabrın 15-də buraxılmışdı.[34] Üçüncü oyun PlayStation üçün olan Fullmetal Alchemist: Senka wo Takuseshi Mono (背中を託せし者?) idi. O, Yaponiyada 2009-cu ilin oktyabrın 15-də çıxmışdı.[35] Bundan əlavə, MapleStory (kor. 메이플스토리) adlı MMORPG-də anime serial ilə bağlı mallar çıxmışdı.[36]

MedicomSouthern Island kimi müxtəlif şirkətlər Fullmetal Alchemist əsasında heykəlciklər, hərəkət fiqurlar və başqa malları istehsal edirlər.[37][38] 2015-ci ildə Joyride Entertainment Fullmetal Alchemist əsasında kart oyunu buraxdı.[39]

The Art of Fullmetal Alchemist (イラスト集 FULLMETAL ALCHEMIST, Irasuto Shū Fullmetal Alchemist?) adlı üç artbuk Square Enix tərəfindən çap olundu; ABŞ-də onların ikisini Viz Media çap etmiş.[40][41] Birinci artbuk 2001-ci ilin may və 2003-cü ilin aprel ayının arasında yaradılan və manqanın ilk altı cildə aid olan illustrasiyalar, ikinci isə 2003-cü ilin sentyabr və 2005-ci ilin oktyabr ayının arasında yaradılan növbəti altı cildə aid olan illustrasiyalardan ibarətdir.[42] Qalan cildlərdən illustrasiyalar isə üçüncü artbukda çap olunmuşlar.[43]

Manqanın üçün üç soraq kitabçası var; hərəsinin daxilində Elrik qardaşların macərasının qələmələri və keçmişdə üzə çıxmayan qaiden manqa fəsilləri var.[42] Manqanın sonundan sonraki hekayəsini bəxs edən "Fullmetal Alchemist Chronicle" (鋼の錬金術師 CHRONICLE?) adlı soraq kitabçası Yaponiyada 2011-ci ilin iyulun 29-da üzə çıxmış.[44]

  1. "FMA's Irie Confirms Animating Manga's End in 2 Months". Anime News Network. May 6, 2010. May 9, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2010.
  2. "Fullmetal Alchemist Special side story manga in September". Anime News Network. August 7, 2010. January 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2010.
  3. "Fullmetal Alchemist 'Prototype' Manga to Run in June". Anime News Network. April 11, 2011. November 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  4. "ja:鋼の錬金術師 1巻". Square Enix. October 20, 2009. May 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2015.
  5. "ja:鋼の錬金術師(27)(完)". Square Enix. September 5, 2013. November 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2015.
  6. "ja:鋼の錬金術師 完全版 1巻". Square Enix. June 24, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2011.
  7. "New Fullmetal Alchemist TV Anime Series Confirmed". Anime News Network. August 20, 2008. August 21, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2008.
  8. "Manga UK Adds New Fullmetal Alchemist, Sengoku Basara". Anime News Network. February 9, 2010. February 10, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2010.
  9. "Japanese Box Office". Anime News Network. 27 July 2005. 11 April 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2009.
  10. "Fullmetal Alchemist: Brotherhood Movie Teaser Streamed". Anime News Network. November 14, 2010. November 16, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2010.
  11. "Tokyo Anime Fair: Award Winners". Anime News Network. 27 mart 2006. 2008-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  12. "Татьяна Наумова: Женщина, которая знает, как обустроить мир и саму себя". Woman.ru. 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-29.
  13. "Fullmetal Alchemist (Hagane no Renkin Jutsushi) Original Soundtrack". CDJapan. 2008-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  14. "Fullmetal Alchemist (Hagane no Renkin Jutsushi) Original Soundtrack 2". CDJapan. 2008-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  15. "Fullmetal Alchemist (Hagane no Renkin Jutsushi) Original Soundtrack 3". CDJapan. 2007-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  16. "Fullmetal Alchemist - Complete Best (OST)". CDJapan. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  17. "Hagaren Song File: Best Compilation(2Cd)". amazon.co.uk. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
  18. "鋼の錬金術師 DVD and CD". Sony. April 15, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 10, 2008. (#invalid_param_val)
  19. "Fullmetal Alchemist Original Soundtrack 1". CDJapan. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  20. "Fullmetal Alchemist Original Soundtrack 2". Amazon.com. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  21. "Fullmetal Alchemist Original Soundtrack 3". CDJapan. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 декабря 2013 года.
  22. "Fullmetal Alchemist Final Best". CDJapan. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  23. "Fullmetal Alchemist: The Sacred Star of Milos". CDJapan. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  24. 1 2 "原作/荒川 弘 著者/井上 真". Square Enix. 2008-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2008 года.
  25. "鋼の錬金術師 FULLMETAL ALCHEMIST 暁の王子-黄昏の少女". Square Enix. 30 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2010.
  26. "ja:小説「鋼の錬金術(1) 砂礫の大地」 原作/荒川弘 著者/井上真". Square Enix. 2008-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2008.
  27. "罪を背負いし兄弟の物語がRPGに! PSP「鋼の錬金術師FA 約束の日へ」". ASCII Media Works. March 19, 2010. July 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2010.
  28. "Fullmetal Alchemist DS-bound". GameSpot. December 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2008.
  29. "Fullmetal Alchemist video games". Sony. June 26, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 5, 2006.
  30. "鋼の錬金術師FULLMETAL ALCHEMIST -暁の王子- 特典 原画集付き". Amazon.com. May 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2009.
  31. Gantayat, Anoop. "Fullmetal Alchemist Continues on Wii". IGN. September 14, 2009. September 23, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 29, 2008.
  32. "Funimation Announces Series of Fullmetal Alchemist Games". Anime News Network. June 16, 2006. November 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2008.
  33. "Fullmetal Alchemist Video Games coming from Destineer". Anime News Network. June 6, 2006. May 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2006.
  34. "Fullmetal Alchemist: Trading Card Game product page". Gamestop.com. March 15, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 20, 2007. (#invalid_param_val)
  35. Spencer. "Portable Fullmetal Alchemist Fighting Game Teased". Siliconera.com. July 17, 2009. January 30, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 7, 2009.
  36. Ishann. "Fullmetal Alchemist: Brotherhood Makes Its Way Into MapleStory". Siliconera. 2010-03-21. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-21.
  37. "Mediacom Fullmetal Alchemist Figures Available from Southern Island This Month". Anime News Network. 6 января 2007 года. 2013-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2013 года.
  38. "Anime Collectible Maker Southern Island Goes Bankrupt". Anime News Network. 28 ноября 2007 года. 2013-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2013 года.
  39. "Fullmetal Alchemist TCG Announced". Anime News Network. 15 марта 2005 года. 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2013 года.
  40. "The Art of Fullmetal Alchemist". Viz Media. November 12, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 19, 2008.
  41. "The Art of Fullmetal Alchemist 2". Viz Media. November 12, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 27, 2011.
  42. 1 2 "鋼の錬金術師 BOOKS". Square Enix. August 22, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 19, 2008.
  43. "荒川弘イラスト集 FULLMETAL ALCHEMIST 3". Square Enix. November 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 21, 2011.
  44. "Fullmetal Alchemist Chronicle". Square Enix. November 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2011.