Solmaz Əmirli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Solmaz Əmirli
Doğum tarixi 9 iyun 1948(1948-06-09) (75 yaş)
Doğum yeri
Həyat yoldaşı Əli Əmirli

Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri.

Həyatı

Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı. Solmaz Əmirlinin təşəbbüsü və rəhbərliyi ilə qurulan "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2008-ci ilin mart ayında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda Solmaz Əmirlinin sədrliyi ilə ictimai birlik milli-mənəvi dəyərlərin qorunması və yaşından asılı olmayaraq insanların maarifləndirilməsi istiqamətində geniş fəaliyyət göstərir, bir-birindən maraqlı layihələr həyata keçirir.

Ailəsi

Solmaz Əmirli ailəlidir, həyat yoldaşı tanınmış yazıçı-dramaturq Əməkdar incəsənət xadimi Əli Əmirlidir. 2 övladları, 6 nəvələri var.

İstinadlar