Solmaz Kosayeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aşıq Solmaz
Solmaz Qorçu qızı Kosayeva
Doğum tarixi 3 mart 1955(1955-03-03) (69 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1961-ci ildən
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2016

Kosayeva Solmaz Qorçu qızı (Aşıq Solmaz; 3 mart 1955, Qazax rayonu) — Azərbaycan aşığı, şairi, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2016).

Həyatı

Solmaz Kosayeva 1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb.

Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb.

1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveçNorveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, HollandiyaBelçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.

1991-1992-ci illərdə öz şəxsi vəsaiti hesabına cəbhə bölgələrində əsgərlərə humanitar yardım etməklə yanaşı, həm də konsert proqramları ilə çıxış edib.

1997-ci ildə İraqda keçirilən Beynəlxalq Babilistan Festivalı, 1998-ci ildə Türk Cümhuriyyətinin 75, Qarsın qurtuluşunun 78 illiyinə dəvət alaraq, ”Bostançı” konsert salonunda çıxışına görə qızıl medal və pul mükafatına layiq görülüb.

2000-ci ildə YUNESKO-nun xətti ilə Bakıda keçirilən “Kitabi-Dədə Qorqud – 1300” tədbirində fəal iştirakına görə Türkdilli Dövlətlərin VI zirvə toplantısına da dəvət olunub. Həmin ildə Ankarada keçirilən “Türk Dünyası – I Aşıqlar şöləni”nə dəvət alıb, çıxışı qızıl medalla mükafatlandırılıb.

2015-ci ildə anadan olmasını 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, 2016-cı ilin iyulunda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona ”Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.[1]

1984-cü ildən Aşıqlar Birliyinin üzvüdür. AMEA-nın Folklor İnstitutunun “İrs” folklor ansamblında aşıq-mügənni kimi də fəaliyyət göstərir. İndiyədək 4 albom və 4 kompakt diski işıq üzü görüb. 10-dan çox mahnıya musiqi bəstələyib. O, həmçinin şeir yaradıcılığı ilə də məşğul olur.

İstinadlar

  1. "Azərbaycan aşıqlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.