Tamilla Mahmudova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tamilla Mahmudova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1974 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
"Şöhrət" ordeni — 2002

Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002).

Həyatı

Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb[1].

1954-cü ildə[2] Moskva konservatoriyasını və 1957-ci ildə[2] professor Y. Zakın sinfində aspiranturanı bitirib[1].

1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur[2]. 1954-cü ildən Moskonsertin solisti idi[2]

Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.

3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir[1].

Filmoqrafiya

  • Çalır Tamilla Mahmudova (film, 1966)

İstinadlar

  1. 1 2 3 Ləman Mustafaqızı. "Xalq artisti vəfat etdi". LENT.AZ (az.). news.lent.az. 12.09.2014 / 16:55. 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
  2. 1 2 3 4 "Mahmudova Tamilla Zahid qızı". Azərbaycan Gender İnformasiya Mərkəzi (az.). gender-az.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.