Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı – 12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002).
Tamilla Mahmudova | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (83 yaşında) | ||
Vəfat yeri | Moskva, Rusiya | ||
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | pianoçu | ||
Mükafatları |
|
Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb[1].
1954-cü ildə[2] Moskva konservatoriyasını və 1957-ci ildə[2] professor Y. Zakın sinfində aspiranturanı bitirib[1].
1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur[2]. 1954-cü ildən Moskonsertin solisti idi[2]
Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.
3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir[1].