Tolna (medye)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tolna
Tolna vármegye
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
46°30′ şm. e. 18°35′ ş. u.
Ölkə
Tabesində Cənubi Transdunay
Başçı Tamaş Fehervari
Tarixi və coğrafiyası
Sahəsi 370316 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 225.936 nəfər (2015[1])
Rəqəmsal identifikatorlar
Telefon kodları (+36) 74, 75
Digər
tolnamegye.hu
Xəritəni göstər/gizlə
Tolna xəritədə
Tolna
Tolna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir.

Tarixi

Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.

Demoqrafiyası

2015-ci ilin siyahıyaalınmasına əsasən Tolna medyesinin əhalisi 225936 nəfərdir.

İl Əhalisi[2] Dəyişikliklər
1949 275,644 n/a
1960 272,101 -1.29%
1970 258,760 -4.90%
1980 266,273 2.90%
1990 253,675 -4.73%
2001 249,683 -1.57%
2011 230,361 -7.74%

Etnik tərkibi

Medyenin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup almanlar (təx. 10000) və romanlar (8,500) da ərazidə məskunlaşmışdır.

Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 230361 nəfər

Etnik qruplar (2011-ci ilin siyahıyaalınması):[3] Etnik qruplarını təyin edənlər: 214953 nəfər:

  • Macarlar: 194 685 (90,57%)
  • Almanlar: 10 195 (4,74%)
  • Qaraçılar: 8 768 (4,08%)
  • Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 1 305 (0,61%)

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 32000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.

Din

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Tolna medyesində əhalinin dini inancı:[4]

  • Katoliklər– 108,755
  • Macarıstanda Reform kilsəsi – 18,533;
  • Evangelik kilsəsi – 6,800;
  • Digər dinlər – 2,734;
  • Dinsizlik – 35,803;
  • Ateizm – 2,194;
  • Dinini təyin etməyənlər – 55,542.

Regional strukturu

Tolna medyesinin bölgələri
Azərbaycan
Macar dilində adları
Sahəsi
(km²)
Əhalisi
(2011)
Sıxlığı
(əhali./km²)
Mərkəzi Say
Bələdiyyələr
1 Bonhad bölgəsi
Bonyhádi járás
476.77 31,567 66 Bonhad 25
2 Dombovar bölgəsi
Dombóvári járás
509.02 32,331 64 Dombovar 16
3 Pakş bölgəsi
Paksi járás
836.00 49,433 59 Pakş 15
4 Seksard bölgəsi
Szekszárdi járás
656.18 60,122 92 Seksard 17
5 Tamaşi bölgəsi
Tamási járás
1,019.94 38,705 38 Tamaşi 32
6 Tolna bölgəsi
Tolnai járás
205.24 18,203 89 Tolna 4
Tolna medyesi 3,703.16 231,183 64 Seksard 109

Ərazi vahidləri

Tolna medyesində 1 medye, 10 rayon, 5 böyük kənd və 93 kənd yerləşir.

Medyenin mərkəzi

(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)

  • Seksard (34296) – medye mərkəzi
Rayonları

Qalereya

İstinadlar

  1. "nepesseg.com, population data of Hungarian settlements". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  2. népesség.com, "Tolna megye népessége 1870-2015" Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  3. 1.1.6. A népesség anyanyelv, nemzetiség és nemek szerint – Frissítve: 2013.04.17.; Hungarian Central Statistical Office Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine  (mac.)
  4. 2011. ÉVI NÉPSZÁMLÁLÁS, 3. Területi adatok, 3.17 Tolna megye,  (mac.) [1] Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine

Xarici keçidlər