Toranomon insidenti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İnsidentin baş verdiyi yeri göstərən Toranomon abidəsi.

Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken?) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi.[1] Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi.[1]

İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir.[1]

Arxaplan

Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı.[1] Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi.[1]

1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi.[1] Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir.[1] Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərəanarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir.[1]

Sui-qəsd

Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir.[1] Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı.[1] Nanba kütlənin içərisində gizlənərək Hirohitonun avtomobilinə atəş açsa da,[1] hədəfini qaçırmışdır.

Rəsmilər Nanbanın motivasiyasını araşdırdıqdan sonra onun dəli olduğunu elan etmişdirlər.[1] Qapalı məhkəmə işindən sonra 24 noyabr 1924-cü ildə ölüm cəzasına layiq görülmüş və 2 gün sonra edam edilmişdir.[1] Məhkəmə zamanı Nanba kommunist olduğunu və Kotoko Şusuinin qisasını almaq istədiyini bildirmişdir.[1] Tokio Universitetinin Tibb Məktəbindən olan professorların da iştirakı ilə hazırlanan məhkəmə qeydinə görə Nanba əslində sui-qəsd cəhdi üçün solçu idealogiyadan ilhamlanan rasional insan idi.[1] Ədliyyə məmurlarının Nanba kimi insanları idarə etmək üçün yeni qanunvericiliyi təklif etmələri, onların əslində Nanbanın dəli olmadığını bildiklərini göstərirdi.[1] Hökumət zəlzələdən sonra insanları sakitləşdirmək, eləcə də, rasional insanın imperatora hücum edə bilməyəcəyini göstərmək üçün belə bir açıqlama vermişdi.[1]

Nəticələri

Toranomon insidentindən sonra baş nazir Yamamoto Qonnohyoe məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.[1] Bəzi rəsmilər də onun bu addımını izləmişdirlər.[1] Keçmiş Ədalət naziri Hiranuma Kiiçiro "Kokuhonşa" adlı mühafizəkarultramillətçi təşkilat qurararaq xarici idealogiyaların Yaponiya üçün təhlükəli olduğu fikrini yaymağa başlamışdır.[1] İnsident 1925-ci ildə Sülhün mühafizəsi qanununun tərtib olunmasına gətirib çıxarmışdır.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2022.