Hirohito (yap. 裕仁) və ya imperator Şova (yap. 昭和天皇; 29 aprel 1901 – 7 yanvar 1989) — 124-cü Yaponiya imperatoru (Yamato sülaləsindən), generalissimus, imperator Taysenin oğlu, 4 dəfə Millətlər Liqasının daimi üzvü[1].
Hirohito | |
---|---|
yap. 昭和天皇 | |
| |
25 dekabr 1926 – 7 yanvar 1989 | |
Əvvəlki | Tayse |
Sonrakı | Akixito |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 aprel 1901 |
Vəfat tarixi | 7 yanvar 1989 (87 yaşında) |
Atası | Tayse |
Uşaqları | |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Döyüşlər | |
Çin adı | |
Vəfatından sonrakı adı | 昭和 |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
25 dekabr 1926-cı ildə atası imperator Taysenin vəfatından sonra, taxt-tac Hirohitoya miras qaldı və onun hakimiyyət dövrünə "Şova" (yap. 昭和時代;sōwa "Mədəni dünya") şüarı verildi. Hirohitonun imperatorluq dövrünün ilk hissəsi (1926–1945-ci illər) ölkənin artan hərbi gücüylə qeyd olundu. 1900-cü ildən Yaponiya İmperator ordusu və Yaponiya İmperiya donanması Nazirlər Kabinetinin formalaşmasında veto hüququna malik idilər. 1921 və 1944-cü illər arasında daxili və xarici siyasətdə sağ qanadlı siyasi qüvvələr hədəflərinə çatmaq üçün zorakılıq məqsədli ən azı 64 hadisə törədiblər və bunlardan ən əhəmiyyətlisi 1932-ci ildə Yaponiya baş naziri İnukai Tsuyoşinin sui-qəsdidir. O vaxtdan bəri, hərb Yaponiyanın bütün siyasi həyatına tamamilə nəzarət etdi və Yaponiya ikinci Çin-yapon müharibəsi (1937–1945), daha sonra isə İkinci Dünya müharibəsinə daxil oldu.
İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, bir çoxları kimi öz işində məsuliyyət daşıyan Hirohito və digərləri, o cümlədən ABŞ-nin işğalçı administrasiyası imperatorun yalnız rəsmi dövlət başçısı olduğunu və əslində bütün gücün hərbi birləşmədə olduğunu iddia etdi. Çin, Tayvan, Koreya və Cənub-Şərqi Asiyada bir çox insanlar Hirohitonun "Asiya Hitleri" olduğunu və müharibə cinayətkar kimi cəzalandırılmasını tələb edirdi. Müharibənin başlanğıcına qədər Hirohito, protokola uyğun olaraq qəti qərar qəbul etmədən uzaq qaldı.
Baş nazir Fumimaro Konoe, 5 sentyabrda imperiya qərarı layihəsini, bu fərmanın formal olaraq hazırlanacağı imperiya yığıncağının başlamasından bir gün əvvəl təsdiqlədi. Həmin axşam İmperatorla şəxsi görüşdə Dəniz Donanmasının Baş Qərargahı Osami Naqano və Ordu Baş Qərargahı General Hacimə Suqiyama iştirak edib.