Tsuşima-maru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tsuşima Maru
対馬丸
Ölkə Yaponiya Yaponiya
Təşkilat Nippon Yusen
Salınma tarixi 8 sentyabr 1914[1]
İstismara verilmə tarixi 21 iyun 1916
Batma tarixi 22 avqust 1944
İstehsalçı Russell & Company, Şotlandiya Şotlandiya
Şərəfinə adlandırılıb Tsuşima
Növü karqo gəmisi
İştirak etdiyi döyüşlər
Uzunluğu 135,6 m[1]
Eni 17,7 m[1]
Kütləsi 6754 ton[2]
Batırıldığı yer (Yaponiya)
Batırıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsuşima-maru (対馬丸?)Yaponiyaya məxsus olmuş sərnişin və karqo gəmisi. İkinci Dünya müharibəsi zamanı Okinavadan Naqasakiyə yüzlərlə məktəblini daşıyarkən ABŞ-yə məxsus USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır.[3]

Xüsusiyyətləri

Tsuşima-maru Şotlandiyanın Russell & Company şirkəti tərəfindən istehsal olunmuş və 8 sentyabr 1914-cü ildə suya buraxılmışdır. Gəmi Yaponiyanın Nippon Yusen şirkəti tərəfindən karqo və sərnişin gəmisi kimi istifadə olunurdu. Uzunluğu 135,6 metr idi.[1]

Batırılması

Tsuşima-maru 22 avqust 1944-cü ildə, gecə saat 10:12-də Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən torpedo ilə vurulmuş və 10 dəqiqə ərzində batmışdır.[4] Həmin an Tsuşima-maru Ryukyu adalarının ABŞ tərəfindən işğal edilməsi səbəbilə Okinavadan Naqasakiyə sərnişin daşıyırdı. 21 avqustda Naha limanından yola düşən gəminin göyərtəsində 1783 sərnişin var idi ki, onlardan 1661 nəfəri Nahanın 8 məktəbindən olan məktəblilər idi.[5] Gəmidə bir neçə valideyn və məktəb müəllimi də var idi. Gəmini Kazuura-maruQyoku-maru adlı iki sərnişin gəmisi də müşayiət edirdi.[3] Tsuşima-marunun batırılması nəticəsində gəmidəki 1484 nəfər ölmüşdür.[5] Qəzadan çıxanlar cəza ilə təhdid olunmuş və insident haqqında danışmalarına icazə verilməmişdir.[3]

Gəminin qalıqları 12 dekabr 1997-ci ildə Yaponiya Dəniz Elm və Texnologiya Mərkəzi tərəfindən Akuseki adasından 10 kilometr şimal-qərbdə kəşf olunmuşdur.[3]

Xatirəsi

İkinci Dünya müharibəsindən sonra gəminin batması hadisəsi Yaponiyada geniş müzakirə olunmuş, haqqında kitablar və məqalələr yazılmışdır. 1982-ci ildə çəkilmiş "Tsushima Maru: Sayounara Okinawa" (対馬丸 -さようなら沖縄-, azərb. "Tsuşima-maru: Əlvida, Okinava"?) anime filmi bu faciədən bəhs edir. Gəminin batdığı yerdə memorial tədbirlər keçirilir. Okinavanın paytaxtı Naha şəhərində və Akuseki adasında hadisəyə həsr olunmuş memorial abidə yerləşir.[3]

Naha şəhərində hadisəyə həsr olunmuş Tsuşima-maru Memorial Muzeyi fəaliyyət göstərir.[5]

İstinadlar

  1. 1 2 3 4 "Launches and Trial Trips". International Marine Engineering. Marine Engineering, Inc., New York—London. 37 (oktyabr): 87. 1914. İstifadə tarixi: 27 sentyabr 2023.
  2. "Okinawa holds ceremony to mark 70 years since Tsushima Maru sinking". The Japan Times (ingiliscə). 22 avqust 2014. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2023.
  3. 1 2 3 4 5 "Tsushima Maru Sinking". USS Bowfin Sualtı Qayığı Muzeyi və Parkı (ingiliscə). 11 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2023.
  4. "Woman who survived WWII's Tsushima Maru sinking by riding raft for 6 days calls for peace". Mainichi (ingiliscə). 22 iyun 2023. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2023.
  5. 1 2 3 "Tsushima Maru Memorial Museum". Rəsmi sayt (ingiliscə). 28 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2023.

Xarici keçidlər