Tural Qürbətov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tural Qürbətov
Ümumi məlumatlar
Tam adı Tural Allahverdi oğlu Qürbətov
Doğum tarixi (31 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Boyu 178
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Bakı
Nömrəsi 20
Karyerası
Klub karyerası[* 1]
2011—2013 Azərbaycan Bakı 9 (0)
2013—2014  Azərbaycan Lokomotiv-Biləcəri 12 (9)
2014—2015 Azərbaycan Bakı 40 (2)
2015—2016 Azərbaycan Rəvan 15 (4)
2016 Azərbaycan Xəzər-Lənkəran 14 (2)
2016—2017 Azərbaycan Kəpəz 14 (0)
2017—h.h Türkiyə Atakum Belediyyespor 0 (0)
Milli yığma[* 2]
2011—2012 Azərbaycan Azərbaycan U-19 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tural Allahverdi oğlu Qürbətov (1 mart 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubunda hücumçu kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.

Klub karyerası

Tural Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir.[1] 2011-ci ildə Tural əsas komanda ilə debüt etmişdir.[2] O, iki il ərzində həm klubun əvəzedici, həm də əsas komandası ilə oyunlarda iştirak etmişdir. 2013-cü ildə Tural Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubuna icarəyə verilmişdir.[3] 2014-cü ilin yanvar ayında, qış transfer pəncərəsi zamanı yenidən Bakı klubuna geri dönmüşdür.[4]

Çempionat

Mövsümlər üzrə Azərbaycan çempionatında çıxışların statistikası:

Mövsüm Klub Oyun Qol
1 2011 / 2012 «Bakı» 6 0
2 2012 / 2013 «Bakı» 3 0
3 2013 / 2014 «Lokomotiv-Biləcəri» 12 9[5]
4 2013 / 2014 «Bakı» 3 0

Kubok

«Bakı» və «Lokomotiv-Biləcəri» klublarının oyunçusu olaraq Azərbaycan Kubokunda iki oyun keçirmişdir.

Tarix Raund Klub Rəqib Nəticə
1 28 noyabr 2012 ikinci raund, 1/8 final «Bakı» «Sumqayıt» 3 : 1[6]
2 23 oktyabr 2013 birinci raund «Mil-Muğan» «Lokomotiv-Biləcəri» 4 : 2[7]

Milli komanda

U-19

Tural Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 6 oktyabr 2011-ci ildə U-19 Avropa Çempionatının seçmə mərhələsində İsveç millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bakıda keçirilən görüşdə Azərbaycan millisi rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[8]

Uğurları

  • 2012-ci il - Bakı klubu ilə Azərbaycan Kubokunun qalibi olmuşdur.

İstinadlar

Xarici keçidlər

Tarixçə