Azərbaycan Birinci Liqası (əvvəlki adı: Azərbaycan Birinci Divizionu) — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir.
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 10 |
Liqalar sistemində səviyyə | 2 |
Yuxarı liqa | Azərbaycan Premyer Liqası |
Aşağı liqa | Azərbaycan İkinci Liqası |
Digər kubok(lar) | Azərbaycan Kuboku |
Son çempion | Şamaxı |
Ən uğurlu komanda |
Neftçala (2 dəfə) Qaradağ (2 dəfə) MOİK (2 dəfə) Turan-Tovuz (2 dəfə) Araz Naxçıvan (2 dəfə) Şamaxı (2 dəfə) |
TV partnyoru | I divizion/YouTube |
Veb səhifəsi | www.pfl.az |
Cari mövsüm |
Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014).[1] Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb.[1] Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.[1]
2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı.[1][2] İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi.[1] Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı.[1] 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı.[1] Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.[1]
2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.[3] Lakin əvəzedici komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.[3]
7 iyul 2023-ci ildə "Azərbaycan Birinci Divizionu"nun adı Azərbaycan Birinci Liqası olaraq dəyişdirildi.[4]
2023-cü ilin AFFA İcrayyə Komitəsinin qərarına əsasən çempion olan klub Azərbaycan Premyer Liqasına vəsiqə əldə edəcək, mövsüm yekununda liqada sonunca olan klub isə Azərbaycan İkinci Liqasında mübarizəni davam etdirəcək
13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Divizionu və Azərbaycan Kuboku yarışlarını təşkil edir.[5] Qurumun ilk Ramin Musayev rəhbərlik edib.[6] Hal-hazırda Elxan Səmədov PFL prezidentidir.
Hazırda Azərbaycan Birinci Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə üç dəfə (dairəvi sistem) görüşür: ilk görüş hansl sahədə keçirilibsə 3-cü görüş də eyni sahədə, cəmi 27 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Birinci Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:
|
Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının birinci mərhələsində avtomatik vəsiqə qazanır.
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
MOİK | Bakı | ASCO Arena | 8,000 |
Qaradağ | Bakı | "Qaradağ Olimpiya İdman Kompleksi" stadionu | 2,500 |
Mingəçevir FK | Mingəçevir | Yaşar Məmmədzadə adına stadion | 5.000 |
İmişli | İmişli | Heydər Əliyev adına İmişli şəhər stadionu | 9,500 |
Şamaxı | Şamaxı | Şamaxı şəhər stadionu | 2,200 |
Zaqatala | Zaqatala | Zaqatala şəhər stadionu | 3,500 |
Azərbaycan Birinci Divizionu başladığı ildən, 32-dən çox klub müflis olub.[8] 2000-ci illərin ortasında Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqa arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[9]