Unutmaməni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Unutmaməni
Elmi təsnifat
Beynəlxalq elmi adı


Unutmaməni (lat. Myosotis) — latın sözü olub, tərcüməsi "siçan qulağı" deməkdir.

Haqqında

Unutmaməninin yarpaqları balaca, heyvanın sallaq qulağına oxşadığına görə ona belə ad verilmişdir. Bitkinin Avropada, Asiyada, Amerikada, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada 50-yə yaxın birillik, ikiillik, və çoxillik növləri məlumdur. Yaşıllaşdırmada 10 növündən ikiillik bitki kimi geniş istifadə olunur. Azərbaycanda isə bu cinsin 9 növü bitir.

Alp unutmamənisinin (M.alpestris) hündürlüyü 35 sm-ə qədər olan, çoxşaxəli, gövdəli bitkidir.Yumurtavari yarpaqları boz tükcüklərlə örtülüdür. Mavi, göy, ağ ya da çəhrayı gülləri salxım hamaşçiçəklərə yığılmışdır. Alp unutmamənisinin vətəni Orta Avropanın dağ rayonlarıdır.Toxumları əkildikdə birinci ildə bitkinin qısa rozet yarpaqları və kökləri əmələ gəlir. Bitkini qələmlə də çoxaltmaq olar. Bunun üçün bitkinin baş zoğları yararlıdır. Qələmləri mayda ya da iyunda ləklərə əkilir.

Növləri

İstinadlar

Unutmaməni:The Plant List saytında takson barədə məlumat. (ing.)

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. Unutmaməni Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine