Vüsalə Əliyeva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vüsalə Əliyeva
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 2 sayılı Heydərabad
2020 — 2 sayılı Heydərabad
ƏvvəlkiAnar Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 2 sentyabr 1981(1981-09-02) (42 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VVI çağırışlarının deputatı.

Həyatı

Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir.

1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir.

2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir.

Naxçıvan Ali Məclisinin VVI çağırışlarının üzvü olmuşdur.

Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin[1] və İntizam komissiyasının üzvüdür.[2]

Mənbə

İstinadlar

  1. "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.
  2. "Naxçıvan Ali Məclisinin İntizam Komissiyasının üzvlər seçilib" (az.)). 23.05.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.