Vəli Ağbaba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəli Ağbaba
türk. Veli Ağbaba
bayraq
TBMM 27-ci çağırış millət vəkili
bayraq2
Vəzifədədir
28 iyun 2011-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1968(1968-04-03) (56 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini.

Həyatı

Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır[1][2].

Siyasi fəaliyyəti

Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu.

Vəli Ağbaba 18 fevral 1995-ci il tarixində toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir.

1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir.

Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur[3].

Vəli Ağbaba 2011-ci il seçkilərindən öncə 6 mart 2010 və 10 yanvar 2011 tarixləri arasına partiyanın Malatya Şəhər Təşkilatı sədrliyi vəzifəsini icra etmişdir. 2011-ci il seçkilərində millət vəkilliyinə namizəd olmuş və seçilmişdir. Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komitəsinin üzvü olmuşdur. 17 – 18 iyul 2012 tarixlərində baş tutan Cümhuriyyət Xalq Partiyasının Qurultayında Partiya Məclisi üzvü seçilən Vəli Ağbaba 8 may 2014 və 24 yanvar 2016-cı illər arasında Cümhuriyyət Xalq Partiyasının yerli idarəetmə orqanlarından məsul sədr müavini vəzifəsini icra etmişdir. 2015-ci il və 2018-ci il parlament seçkilərində yenidiən Cümhuriyyət Xalq Partiyasının Malatya millət vəkili olaraq TBMM-ə girdi. Həmçinin Malatyaspor Konqresinin, İnsan Hüquqları Dərnəyinin, Atatürkçü Düşüncə Dərnəyinin üzvüdür[4].

İstinadlar

  1. "Veli Ağbaba Özgeçmişi" Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine www.chp.org.tr.
  2. "Veli Ağbaba Biyografisi" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine www.tbmm.gov.tr. Türkiye Büyük Millet Meclisi resmi site.
  3. "Arxivlənmiş surət". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  4. "Arxivlənmiş surət". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.