Vərdək vilayəti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vərdək vilayəti
دایکندی

34°24′ şm. e. 68°24′ ş. u.


Ölkə
İnzibati mərkəz Meydanşəhr
Tarixi və coğrafiyası
Sahəsi
  • 9.934 km²
Hündürlük
2.848 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 656.720 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AF-WAR
Vərdək vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Coğrafiyası

Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər[2], inzibati mərkəzi Meydanşəhr şəhəridir.[3]

Əhalisi

Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.)[4] təşkil edir.[5]

Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb.[4] Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir.[4] Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar.[4] Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar.[4]

Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan[6] köçürülmüşlər.[4] Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.[4] Dinləri islam (şiə qolu) dinidir.[4] Etnik kökən baxımından əsasən afşar türklərindən ibarətdirlər. Kompakt şəkildə vilayətin Hisai-Əvvəli Behsud və Dəy-Mirdad rayonlarında yaşayırlar.[4]

Taciklər viləyətin mərkəzi Maydanşəhr şəhəri ətrafında və Hisai-Əvvəli Behsud rayonunda yaşayırlar.[4]

Həzaralər şiə-islam etiqadlı türk-monqol kökənli xalqdır.[4] Vilayətin əsasən Mərkəzi Behsud, Cağatu, Nirx və Day Mirdad rayonlarında məskunlaşıblar.[4]

Kuçilər az sayda olmaqla vilayətin Cəlriz, Hisai-Əvvəli Behsud, Mərkəzi Behsud, Nirx və Dəy-Mirdad rayonlarında yaşayırlar.[4]

İnzibati quruluşu

Vilayət inzibati cəhətdən Meydanşəhr, Cəlriz, Hisai-Əvvəli Behsud, Mərkəzi Behsud, Dəy-Mirdad, Çəki Vərdək, Seydabad, Nirx və Cağatu rayonlarına bölünür.[5]

İstinadlar

  1. Estimated Population of Afghanistan 2020-21 (ərəb.). الجهاز المركزي للإحصاء.
  2. "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  3. "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-10.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Program for Culture & Confilict Studies". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  5. 1 2 "Wardak". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-10.
  6. "Countries and Their Cultures: Qizilbash". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.

Həmçinin bax