Vera Zlatareva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vera Zlatareva
bolq. Вера Златарева
Doğum tarixi 3 dekabr 1905(1905-12-03)
Doğum yeri
Vəfat tarixi 19 avqust 1977(1977-08-19) (71 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti hüquqşünas, publisist, siyasətçi, qadın hüquqları fəalı[d]

Vera Dimitrova Zlatareva (bolq. Вера Златарева; 3 dekabr 1905, Qolyamo Belovo[d], Bolqarıstan knyazlığı19 avqust 1977, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan ictimai fəalı, feminist, sufrajist, yazıçıhüquqşünas. Bolqarıstan Alimlər Birliyinin üzvü

Həyatı

Cavanlığı və təhsili

Vera Zlatareva 3 dekabr 1905-ci ildə Bolqarıstanın Qolyamo Belovo kəndində anadan olmuşdur. Plovdivdə məktəbi bitirdikdən sonra Sofiya şəhərinə köçdü və 1929-cu ildə Sofiya Universitetinin hüquq fakültəsini bitirdi və iki il sonra elmlər namizədini aldı.

İşi

1931 — 1932-ci illərdə Vera Dimitrova Bolqarıstan Kənd Təsərrüfatı və Dövlət Əmlak Nazirliyində hüquq məsləhətçisinin köməkçisi, sonra isə Sosial Cinayətlərə Qarşı Mübarizə İdarəsi rəhbərinin köməkçisi kimi çalışmışdır. 1938-ci ildə Beynəlxalq Qadın Alimlər Federasiyasında kriminal sosiologiya üzrə təqaüd müsabiqəsində iştirak etmişdir.

Zlatareva 1944-cü ildə Kommunist çevrilişindən sonra Bolqarıstan Aqrar Milli Birliyinin üzvü kimi Milli Məclisə seçilmişdir.

Şəxsi həyatı

Vera Zlatareva vəkil Mixail Genovski[1] (1903 - 1966) ilə evləndi, onların iki övladı oldu. Həyat yoldaşı ilə birlikdə Bolqarıstanın "Zemya və Trud" jurnalının redaktoru idi.[2]

Biblioqrafiya

Vera Dimitrova hüquqi və populyar elmi məzmunlu bir çox monoqrafiyanın müəllifidir:

  • «Наказание и осигурителни мерки» (doktor dissertasiyası / monoqrafiya, Plovdiv, 1931, 88 səh.)
  • «Психология и социология на българската проститутка» (monoqrafiya, Sofiya, 1935, 340 səh.)
  • «Проституцията и борбата против нея» (1936)
  • «Обществени грижи» (monoqrafiya, Sofiya, 1940, 203 səh.)
  • «Изнасилване» (1940)
  • «Имуществени отношения между съпрузите» (1941)
  • «Правната защита на жената» (1945)
  • «Селянката и новото време» (1947)
  • «Правната защита на брака и семейството в Народна република България» (1958)[2].

İstinadlar

  1. "Вера Златарева | БАУЖ - Българска асоциация на университетските жени" (bolqar). 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  2. 1 2 "Литературен свят » В » Вера Златарева" (bolqar). 2020-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.