Villis Kerrier

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Villis Kerrier
Doğum tarixi 26 noyabr 1876(1876-11-26)[2]
Vəfat tarixi 7 oktyabr 1950(1950-10-07)[3][2] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Forest Loun qəbiristanlığı[d]
Elm sahəsi Kondisioner[1]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876[2]7 oktyabr 1950[3][2], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı.

İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.

Həyatı

U.Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib.

O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub.

Fəaliyyəti

Mühəndislərin əl kitabı, U.Kerrier redaktəsi ilə, 1914

İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub. Kornell Universitetindən məzun olduqdan sonra Kerrier Buffalo Forge Company-də işləməyə başladı. Burada işləyərkən, o Bruklində yerləşən Sackett-Wilhelms Lithographing and Publishing Kompaniyası üçün tətbiqi bir problemi həll etmək məqsədi ilə havalandırma ilə təcrübələr aparırdı. Beləliklə ilk kondisioner Kerrier tərəfindən hazırlanıb və 1902-ci il 17 İyulda istifadəyə verilib.

Mirası

1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başladı. Hazırda Cənubi Koreya dünyada ən böyük kondisioner istehsalçısıdır.

Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər amerikan həyatında inqilabi çevriliş etdilər. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-də əhalinin cənub bölgələrə("Sun Belt") miqrasiyasının başlamasına kömək etdi.

Carrier korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Carrier korporasiyası kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.

İstinadlar

Xarici keçidlər