Vollastonit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vollastonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaSiO₃
Strunz təsnifatı VIII/F.18[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vollastonit Ca3 [Si3O9] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

Ferrovollastonit (~10 % FeO), manqanvollastonit.

Xassələri

Rəng – ağ, boz, bəzən solğun-yaşıl, az hallarda əti-qırmızı; Mineralın cizgisinin rəngi – ağ, Parıltı –  şüşə, sədəf; Şəffaflıq – qeyri-şəffaf, bəzən şəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {001} və {101} üzrə orta; Sınıqlar – pilləli-qeyri-hamar, tikanlı; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; lövhəli, sütunvari, iynəvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəqvari, bitişmiş lövhəciklər, lifli, radial-şüalı, çubuq- və qabıqvari, dənəvər.

Mənşəyi və yayılması

Kalsiumlu skarnların və regional metamorfizmə uğramış əhəngdaşlarının səciyyəvi mineralıdır. Habelə əhəngli kristallik şistlərdə, başqa minerallarla birgə ksenolitlər şəklində bəzi maqmatik süxurlarda (qabbro, noritlər, qələvi əmələgəlmələr və b.), bəzən vulkan tullantılarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, kvars, qranatlar, vezuvian, diopsid, epidot, danburit, datolit, olivin, aksinit və b. Mineralın tapıldığı yerlər: Vidsboro (ABŞ); Aransasu (Meksika); Lyanqar, Tetyüxe (Rusiya); Parqas (Finlandiya); Mirsk (Polşa); Monte-Somma və Vezuvi vulkanları (İtaliya); Billenvald (Almaniya) və bir çox başqa yerlər. Azərbaycanda Tərtər çayının yuxarı axınında Kəlbəcər rayonunda yerləşən İstisu vollastonit təzahürində, həmçinin Laçın, DaşkəsənGədəbəy rayonlarının kontakt-metasomatik əmələgəlmələrində, Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarında qeyd edilir.

Tətbiqi

Keramika sənayesində, lak-boya materiallarının, minanın, müxtəlif uduçuların, gübrələrin istehsalında geniş istifadə edilir. Vollastonit, hedenbergit və datolitdən təşkil olunmuş gözəl zolaqlı və konsentrik-zonal skarn tipli əmələgəlmələr yarımqiymətli daş kimi praktik əhəmiyyət kəsb edir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər