Vezuvian

Vezuvian (idokraz) Ca10(Mg, Fe)2 Al4 [SiO4]5 [Si2O7]2 (OH)4 — Tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Vezuvian
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
(Ca,Na)₁₉(Al,Mg,Fe)₁₃(SiO₄)₁₀(Si₂O₇)₄(OH,F,O)₁₀
Strunz təsnifatı VIII/B.17[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d][2]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Berilliumlu (~9% BeO), manqanlı (4,5%-dək MnO), nadir torpaq elementli (serium qrupu TR ~ 16,7 %), titanlı (4,7 %-dək TiO2) vezuvianlar; viluit – tərkibində 3 %-dən çox B2O3 olan vezuvian.

Rəng — zeytunu-yaşıl, sarımtıl-yaşıl, yaşıl, zümrüdü-yaşıl, sarı, çəhrayı, qırmızı, mavi, qara; Mineralın cizgisinin rəngi — ağ, yaşılımtıl, qonuru; Parıltı — şüşə, yağlı; Şəffaflıq — şəffaf, yarımşəffaf; Sıxlıq — 3,3–3,6; Sərtlik — 5–6,5; Kövrəkdir; Ayrılma — qeyri-mükəmməl, prizma {110} üzrə bir qədər yaxşı; Sınıqlar — tikanlı, qeyri-hamardan qabıqvariyədək; Morfologiya — kristallar: vertikal cizgili prizmatik, bəzən bipiramidal; İkiləşmə: qeyd olunmayıb; Mineral aqreqatları: dənəvər, radial-şüalı, paralel-çubuqvari.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal-metasomatik dəyişikliyə uğramış trapplarda aşkar edilmişdir. Ultraəsası qələvi süxur massivlərinin metasomatitlərində təzahür edir. Qneyslərdə, xlorit şistlərində, bəzən fillit və roqoviklərdə iştirak edən vezuvian metamorfik proseslərin məhsuludur. Monte-Somma vulkanının tullantıları vezuvianla zəngindir. Səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: qranatlar, xloritlər, diopsid, ilvait, epidot, vollastonit, skapolit, sfalerit, xalkopirit, arsenopirit və b. Mineralın tapıldığı yerlər: Vezuvi, Monte-Somma vulkanları (İtaliya); Göpferqryün (Almaniya); Telemark-Smit (Novreç); Axmatov və Yeremeyev mədənləri, Vilyuy çayı hövzəsi (Rusiya) və b. Azərbaycanda Gədəbəy rayonunun və Tutqun çayı hövzəsinin skarnlarında, həmçinin Kiçik Qafqazın bəzi başqa məntəqələrinin rodinqitlərində və s. qeyd olunur.

Massiv yaşıl vezuvian ikinci növ məmulat daşı kimi istifadə edilir. Mineralın şəffaf növlərindən zərgərlikdə istifadə olunur.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]