Xəzinədar Əli Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəzinədar Əli Paşa
ƏvvəlkiSərxoş Əhməd Paşa
SonrakıÇələbi İsmayıl Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi

Xəzinədar Əli Paşa (ö. 1700) — Osmanlı sultanı II ƏhmədII Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əslən Moreyalı olub, Misir bəylərbəyi Sərxoş Əhməd Paşanın kəndxudası olmuşdur. Paşanın vəfatının ardından öncə naib, 1694-cü ilin sentyabrından etibarən isə vəzirlik rütbəsi ilə Misir bəylərbəyi olaraq bölgəni idarə etmişdir. 1695-ci ilin iyununda təqaüdə ayrılsa da, həmin ilin sonlarında Trabzon valisi oldu. 1697-ci ilin avqustunda Belqradın mühafizəsiylə vəzifələndirildi. Ancaq 1700-cü ildə yayılan vəba epidemiyası səbəbilə anidən vəfat etdi.

Mənbə

  • Sicill-i Osmani I cild, səh. 302

İstinadlar