II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643[1][2], Konstantinopol – 6 fevral 1695[1][2], Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir.
II Əhməd | |
---|---|
احمد ثانى | |
22 iyun 1691 – 6 fevral 1695 | |
Əvvəlki | II Süleyman |
Sonrakı | II Mustafa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1643[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 1695[1][2] (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Süleyman türbəsi |
Fəaliyyəti | suveren[d] |
Atası | İbrahim |
Anası | Xədicə Müəzzəz Sultan |
Həyat yoldaşı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi.
Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi. Döyüşün ilk anlarında zəfər ümid edilsə də, sədrəzəmin döyüş meydanında şəhid olmasının ardından ordu geri çəkildi və Salankamen döyüşündə Osmanlılar məğlub oldu.
Salankamen məğlubiyyətindən sonra Lipva və Varat qalaları da itirildi. 1693-cü ildə Avstriyalılar, Ərdəl üzərindən Əflaq və Boğdana təkrar hücuma başladılar. Yanova ərazisini işğal edən düşmən qüvvələri, Belqradı mühasirəyə aldılar. Ancaq Sədrəzəm Bozoxlu Mustafa Paşa sürətlə gələrək Yanovanı geri aldı və Belqradı mühasirədən xilas etdi. Osmanlı ordusunun qismən müvəffəqiyyətlərinə baxmayaraq Avstriyalıların hücumları davam edirdi. Bu sırada Osmanlıların toparlanmasına imkan vermək istəməyən Venesiyalılar da davamlı hücum halında idilər. Sərdar-ı əkrəm Varadin mühasirəsindəykən, Malta, Florensiya və Papa gəmilərindən ibarət bir Venesiya donanması Saqqız adasını işğal etdi. Bu xəbər Sultan Əhmədi çox mütəəssir etdi. Padşah, bu kədərini sədrəzəm Sürməli Əli Paşaya göndərdiyi xətti-hümayunda "Madam ki, Saqqız düşmən əlindədir, bütün Engürüs (Macarıstan) məmləkətini fəth etsən qəbulum deyil." şəklində bildirmişdir.. Ayrıca sədrəzəm Ədirnəyə gələndə "Əgər bu qış Saqqız adası geri alınmazsa, bütün rəislərin kəlləsini alaram." deyərək əmrini vermişdir.
Bu əmr üzərinə 1695-ci ilin ilk günlərində İstanbuldan hərəkət edən Osmanlı donanması Hüseyn Paşanın böyük qəhrəmanlığı sayəsində Saqqız boğazındakı Qoyun adaları mövqeyində Venesiya donanmasına böyük itki verdi. Venesiyalı admiral, gəmisiylə birlikdə sulara basdırıldı. Qoyun adaları zəfərindən sonra, türk donanması Saqqız adasına əsgər çıxardı. Ancaq Sultan Əhməd Saqqız adasının fəth xəbərini ala bilmədən əlli iki yaşında Ədirnədə həyata gözlərini yumdu (6 fevral 1695).
Çox mərhəmətli və cəsarətli olan Əhməd xəstə olduğu zamanlarda belə, dövlət işlərindən əsla əl çəkməzdi. Zaman zaman paltarını dəyişdirərək xalq arasında dolaşır, insanların dərdlərini səbirlə dinlər, çarə tapılması üçün lazımlı yerlərə əmrlər verirdi. Islamiyyətə xidmət barəsində dərin bir məsuliyyət hissi içində hərəkət edərdi. Taxta çıxdığı zaman söylədiyi; "Mən səltənətə talib deyildim. Allah-ü Təala fəzl-ı kərəmindən bu aciz quluna nəsib etdi. Bu nemətin şükrünü əda edə bilmərəm." şəklində sözləri onun necə mənəvi bir məsuliyyətlə dövlət rəisliyini qəbul etdiyini izah edir və millətinə xidmət duyğusunun dərinliyini göstərir. Sultan Əhməd, bir məsələ haqqında uzun uzun düşündükdən və bilənlərlə müşavirə etdikdən sonra qərar verirdi. Sənətkarları qoruyur, onlara dəyər verir, daha yaxşıya və daha gözələ yönəlməsi üçün çalışırdı. Xəttat olub, xətti gözəl idi. Quran-ı Kərimlərin yanında başqa kitabları da yazaraq çoxaldırdı. Eyni zamanda şair olan Sultan Əhmədin qəbri Qanuni Sultan Süleyman türbəsinin içərisindədir.
II Əhməd Doğum: 25 fevral 1643 Vəfat: 6 fevral 1695
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Süleyman |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 22 iyun 1691-6 fevral 1695 |
Xələfləri II Mustafa |
Sünni İslam titulları | ||
Sələfləri II Süleyman |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri II Mustafa |