Xromit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xromit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe²⁺Cr₂O₄
Strunz təsnifatı IV/B.03[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[2]
Zolaq rəngi Qəhvəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Xassələri

Rəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar.

Mənşəyi və yayılması

Ultraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b. Azərbaycanda Kəlbəcər (Göydərə yatağı, Arkadyev, Nikolayev, Dmitriyev, Qırmızıdağ və b. filiz təzahürləri), Laçın (Kazımbinə, Orta İpək, Comərd, Xəlifəlı və b. filiz təzahürləri) rayonlarında və Kiçik Qafqaz ofiolit qurşağının hiperbazitlərində, əsasən dunitlərdə, nadir hallarda – harsburqitlərdə yayılmışdır. Kəlbəcər rayonunda Qırmızıdağ səpinti xromit filizi təzahürü də yerləşir.

Tətbiqi

Xromun əsas filizidir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. mineralienatlas.de (ing.).

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər