Yəhya Kərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yəhya Kərimov
Yəhya Şəfi oğlu Kərimov
Doğum tarixi 1927
Doğum yeri
Vəfat tarixi 13 avqust 2021(2021-08-13)
Dəfn yeri
Elm sahəsi Pedaqogika
Elmi adı professor
İş yeri
Mükafatları "Şöhrət" ordeni

Yəhya Şəfi oğlu Kərimov (1927, İlisu, Zaqatala qəzası[d]13 avqust 2021) — pedaqogika üzrə elmlər doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü[1]

Həyatı

Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.

13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir.[2] Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Elmi fəaliyyəti

1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.

Əsas elmi naliyyətləri

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifi olmuşdur.

1959-cu ildən fəaliyyətinin sonuna qədər ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olmuşdur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən uzun müddət istifadə olunub.

1970-ci ildən ömrünün son günlərinə qədər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olmuşdur.

Təltif və mükafatlar

  • "Şöhrət ordeni" (26 dekabr 2006)
  • "Qabaqcıl maarif xadimi".
  • "SSRİ maarif əlaçısı".
  • "Azərbaycanın Əməkdar Müəllimi"

Mənbə

  • "Qiymətli xəzinə sahibi". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 165.
  • "70 yaşın işığında...". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 53.

İstinadlar

  1. İlisu ensiklopedik məlumat kitabı. Vətən nəşriyyatı. Bakı-2012, səh. 101
  2. “Əlifba” kitabının müəllifi Yəhya Kərimov vəfat edib apa.az. 13.08.2021-ci il tarxinidə arxivləşdirilib.

Xarici keçidlər

  1. http://edu.gov.az/view.php?lang=az&menu=9&id=254[ölü keçid]
  2. http://yayim.org/?p=913 Arxivləşdirilib 2013-12-08 at the Wayback Machine
  3. http://yayim.org/?p=2417 Arxivləşdirilib 2013-12-08 at the Wayback Machine