Yəhya Şəfi oğlu Kərimov (1927, İlisu, Zaqatala qəzası[d] – 13 avqust 2021) — pedaqogika üzrə elmlər doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü[1]
Yəhya Kərimov | |
---|---|
Yəhya Şəfi oğlu Kərimov | |
Doğum tarixi | 1927 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 avqust 2021 |
Dəfn yeri | |
Elm sahəsi | Pedaqogika |
Elmi adı | professor |
İş yeri | |
Mükafatları |
Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.
13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir.[2] Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.
1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.
Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifi olmuşdur.
1959-cu ildən fəaliyyətinin sonuna qədər ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olmuşdur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən uzun müddət istifadə olunub.
1970-ci ildən ömrünün son günlərinə qədər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olmuşdur.