Yadigar Muradov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yadigar Muradov
Doğum tarixi 18 dekabr 1958(1958-12-18) (65 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Mükafatları "Tərəqqi" medalı — 2018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000

Yadigar Muradov (d. 18 dekabr 1958, Ağdam rayonu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru.

Həyatı

Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1] 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb.[2]

Ailəlidir, 3 oğlu var.

Filmoqrafiya

  1. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Allahverdi)
  2. Oğlan evi
  3. Axırıncı yol (film, 2016)

İstinadlar

  1. President.Az. "Y.M.Muradovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.12.2018. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  2. "Əməkdar artistdə xərçəng tapılıb". Oxu.Az (az.). 2024-01-09. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.

Xarici keçidlər