Yadigar Muradov

Yadigar Muradov (d. 1958, Ağdam rayonu, Novruzlu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru.

Yadigar Muradov
Yadigar Məmməd oğlu Muradov
Digər adı Aşıq Yediyar
Doğum tarixi (64 yaş)
Doğum yeri Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR
Fəaliyyəti Aktyor
Mükafatları "Tərəqqi" medalı — 2018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000

Həyatı[redaktə | mənbəni redaktə et]

Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]

Ailəlidir, 3 oğlu var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Allahverdi)
  2. Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015)
  3. Axırıncı yol (film, 2016)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "Y.M.Muradovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.12.2018. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]