Yanina Oxoyskaya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yanina Oxoyskaya
pol. Janina Ochojska
Doğum tarixi 12 mart 1955(1955-03-12)[1] (69 yaş)
Doğum yeri
Təhsili
  • Nikolay Kopernik Universiteti[d] (–1980)[1]
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri Commander of the Order of Polonia Restituta "Təbəssüm" ordeni Polşa XİN-nin "Bene Merito" medalı Order Ecce Homo
jankaochojska.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yanina Mariya Oxoyskaya-Okonska (12 mart 1955[1], Qdansk[1]) — Polşa ictimai xadimi, Polşa Humanitar aksiyasının prezidenti, astronom, siyasətçi.

Həyatı

Yanina Zabjedəki 1-ci Ümumtəhsil Liseyini bitirib.[2] O, Torundakı Nikolay Kopernik Universitetini bitirmiş, 1984-cü ilə qədər Polşa Elmlər Akademiyasının Astrofizika İnstitutunda (Torundakı Nikolay Kopernik Astronomiya Mərkəzi) çalışmışdır.[3] Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub.[2] Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. O, Həmrəylik hərəkatının üzvü olub, hərbi vəziyyət dövründə samizdatda işləyib və hakimiyyət orqanlarının fəaliyyətindən zərər çəkən insanlara kömək edib.[3]

Yanina poliomielit diaqnozlu əlil uşaq olub. Əlil Uşaqlar İnstitutunda müalicə olunan Yaninanın həkimi Lex Veruş idi.[4] 1984-cü ildə əməliyyat üçün Fransaya aparıldıqdan sonra burada o, humanitar yardım ideyası ilə tanış olur. EquiLibre Fondunda könüllü olmağa başlayan Yanina Polşa vətəndaşlarına humanitar yardım göstərmək üçün əlaqələr qurur. 1992-ci ildən Yuqoslaviyadakı müharibə qurbanlarına humanitar yardımın çatdırılmasını təşkil edir və 1994-cü ildən Polşa Humanitar aksiyasını təsis edərək onun prezidenti olur.[2]

1996-cı ildən Tygodnik Powszechnydən olan jurnalist Mixal Okonski ilə evlidir. O, Avropa Koalisiyasından (GP) Avropa Parlamentinə seçilib.[5] 2000-ci ildə Voytsex Bonoviçin Yanina Oxoyska ilə "Sky for Others" (pol. Niebo to inni) ilə müsahibəsi, 2015-ci ildə Majena Zdanovskanın "Dünya Yankaya görə" (pol. Świat według Janki) müsahibəsi nəşr olunduqdan sonra, insanların daha çox diqqətini çəkib. 2020-ci il seçkilərində Qolovini dəstəkləyib.

Mükafatları

Ordenləri

  • Polşanın Dirçəliş ordeni komandiri (vətəndaş cəmiyyəti quruculuğunda görkəmli nailiyyətlərə, ölkənin mənafeyinə və sosial işlərə görə, 2011)[6]
  • "Bene Merito" fəxri nişanı (2009)[7]
  • Fəxri Legion ordeni (2003)[2]

Medal və mükafatları

  • "Avropa qadını" (Avropa İttifaqı, 1994)[2]
  • Tygodnik Powszechnydan Müqəddəs Georgi medalı(1994)
  • Paks Kristi Beynəlxalq Sülh Mükafatı (1995)[2]
  • Atsuşi Nakata Memorial (Yaponiya, 1996)[2]
  • Yan Karski Mükafatı (ABŞ, 2002)[2]
  • Polşa Bilik Akademiyasının Erasmus və Anna Yejmanovski adına mükafatı (2009)[8]
  • Lex Valesa mükafatı[9]
  • "Polşa İqtisadiyyatının Fəxri incisi" (2010)[10]
  • "Esse Homo" ordeni
  • "Təbəssüm" ordeni[11]
  • "Twój Styl" jurnalının sorğusu əsasında "İlin qadını" mükafatı[12]

İstinadlar

  1. 1 2 3 4 5 6 https://archive.fo/20150409140337/http://www.pah.org.pl/o-pah/479/janina_ochojska#selection-427.0-427.152.
  2. 1 2 3 4 5 6 7 8 "Nota biograficzna na stronie Polskiej Akcji Humanitarnej" (polyak). 2015-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  3. 1 2 "Nota biograficzna w Encyklopedii Solidarności" (polyak). 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  4. "Janina Ochojska: Mam dużo marzeń" (polyak). niepelnosprawni.pl. 2009-01-29. 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  5. Janina Ochojska, Wojciech Bonowicz. "Niebo to inni. Wywiad-rzeka" (polyak). Wydawnictwo Znak, Kraków 2000. 2012-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  6. M. P. 2011 nr 78 poz. 778 Arxivləşdirilib 2015-10-25 at the Wayback Machine (pol.)
  7. "Wręczenie odznaczeń „Bene Merito" przez Ministra Spraw Zagranicznych Radosława Sikorskiego" (polyak). МИД Польши. 2009-11-13. 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  8. "Janina Ochojska-Okońska laureatką Nagrody im. Jerzmanowskich" (polyak). wprost.pl. 2009-02-02. 2010-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
  9. "Ochojska z nagrodą Lecha Wałęsy" (polyak). wprost.pl. 2010-09-29. 2012-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  10. "Laureaci z poprzednich edycji" (polyak). polishmarket.com.pl. 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  11. "Ochojska Janina" (polyak). orderusmiechu.pl. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  12. "„Twój Styl" przyznał tytuł Kobiety Roku Andżelice Borys" (polyak). press.pl. 2006-03-15. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.