Solidarnost

Solidarnost (pol. Solidarność — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı (pol. Niezależny Samorządny Związek Zawodowy "Solidarność") — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi.

"Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı
pol. Niezależny Samorządny Związek Zawodowy „Solidarność”
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 1980-cı ilin avqust-noyabr ayları
Qeydiyyat tarixi 10 noyabr 1980
Mərkəzi
Qurucusu
Sədr Pyotr Duda (əvvəllər - Lex Valensa)
solidarnosc.org.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Solidarnost"un bayrağı

Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərəanarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu. Hal-hazırda Polşa Respublikasında həmkarlar ittifaqıdır. "Solidarnost"un qurucusu və tarixi lideri Lex Valensadır.

2010-cu ilin məlumatlarına görə, "Solidarnost"un 400 mindən artıq üzvü vardır.[1]

"Solidarnost" OPZZ ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır.[1]

Beynəlxalq münasibətlər

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Həmçinin, Avropanın həmkarlar ittifaqlarını birləşdirən Avropa Həmkarlar İttifaqında və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Məsləhət Şurasında təmsil olunur.[1]

  1. 1 2 3 Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012.  (az.)