Yelena Zelenskaya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yelena Zelenskaya
ukr. Олена Володимирівна Зеленська
rus. Елена Владимировна Зеленская
Ukraynanın birinci xanımı[d]
Vəzifədədir
20 may 2019-cu ildən
ƏvvəlkiMarina Poroşenko[d]
Şəxsi məlumatlar
Doğum adı Олена Володимирівна Кияшко
Елена Владимировна Кияшко
Doğum tarixi 6 fevral 1978(1978-02-06) (46 yaş)
Doğum yeri
Təhsili
  • Krivoy Roq Milli Universiteti[d]
Fəaliyyəti ssenarist, memar
Atası Volodimir Kiyaşko[d]
Həyat yoldaşı
Uşaqları
  • Kirilo Zelenski[d],
  • Oleksandra Zelenska[d]
Dini şərqi ortodoks xristianlıq
Hərbi xidmət
Mənsubiyyəti Ukrayna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı.[1]

Ailəsi

Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar.

İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

Şəxsi həyatı

Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.[1]

O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib[1]. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb[1]. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub[1].

İstinadlar