Yereşənlər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yereşənlər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yereşənlər (lat. Soricidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi.

Xarici görünüşü

Çox xırdadan orta ölçülərə qədər müxtəlif siçanşəkilli heyvanlardır. Bədəni uzunsov, vərdənəvarı, ətrafları gödəkdir. Gözləri çox xırdadır qulaq seyvanları adətən zəif inkişaf etmişdir. Bədəninin böyürlərində və əsasında yerləşmiş dəri vəziləri növə görə spesifik iyi - maddə ifraz edir. Xəz örtüyü sıx və yumuşaqdır. Kəlləsi uzunsov formada, üz hissəsi daralmışdır. Dişləri qırmızı-qəhvəyi və ya ağ rəngdə olur.

Həyat tərzi

Bütün yerqazanlar üçün daimi fəallıq səciyyəvidir. Bu, fəal maddələr mübadiləsi ilə bağlı olaraq onların böyük qarınqululuğunu şərtləndirir.

Arealı

Dünya faunasında 21 cins və 271 növ, Qafqazda 4 cins və 8 növ ayırd edilmişdir. Arealı Avropa, Asiya, Afrika, Şimalı və Mərkəzi Amerika, Cənubi Amerikanın uzaq şimal-qərbini əhatə edir.

İstinadlar

Həmçinin bax