Yokohama Sahil Mühafizəsi Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yokohama Sahil Mühafizəsi Muzeyi
Xəritə
Əsası qoyulub 10 dekabr 2004
Açılış tarixi 10 dekabr 2004
Ölkə
Yerləşir Şinko[d]
35°27′15″ şm. e. 139°38′39″ ş. u.
kaiho.mlit.go.jp/03kanku…
jcgmuseum.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yokohama Sahil Mühafizəsi Muzeyi (海上保安資料館 横浜館, Kayco Hoan Şiryokan Yokohama?)Yaponiyanın Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən. Muzey Yaponiyanın sahil mühafizə tarixinə həsr olunmuşdur.

Tarixi

Muzey 10 dekabr 2004-cü ildə açılmışdır.[1]

Xüsusiyyətlər

Muzey Yaponiya Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunmuşdur.[2] Muzeyin əsas görməli eksponatı 2001-ci ilin dekabrında Amami-Oşima döyüşü zamanı sahil mühafizə xidməti tərəfindən ələ keçirilmiş, Şimali Koreyaya məxsus olan casus gəmisidir.[2] Burada "Casus gəmisi" sərgisi yaradılmışdır.[2] Gəmidən çıxarılmış bir çox material muzeydə sərgilənməkdədir: Yaponiya istehsalı mobil telefon, koreyaca–ingiliscə lüğət, tüfənglər, pulemyotlar, partlayıcı maddələr, polad dəbilqələr, dalğıclıq ləvazimatları və Kaqoşima prefekturasının sahil xəritələri.[2] Gəmidə tapılmış və Şimali Koreya lideri Kim İr Senin təsviri olan etiket sancağı da muzey eksponatları arasındadır.[2] Gəmi yarasız vəziyyətdə olsa da, ziyarətçilər gəmi ilə yaxından tanış ola bilərlər.[2]

Muzeyin son hissəsi Yaponiya Sahil Mühafizə Xidməti tərəfindən istifadə olunan gəmi və təyyarələrə həsr olunmuşdur.[2] Burada personalın təlimləri və vəzifələri haqqında məlumat verilir.[2]

Qalereya

İstinadlar

  1. "海上保安資料館 横浜館". Rəsmi saytı (yaponca). 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 "A North Korean Spy Ship in Yokohama: The Japan Coast Guard Museum". Nippon.com (ingiliscə). 19 yanvar 2018. 12 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.

Xarici keçidlər