Yokohama Sahil Mühafizəsi Muzeyi (海上保安資料館 横浜館, Kayco Hoan Şiryokan Yokohama?) – Yaponiyanın Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən. Muzey Yaponiyanın sahil mühafizə tarixinə həsr olunmuşdur.
Yokohama Sahil Mühafizəsi Muzeyi | |
---|---|
Əsası qoyulub | 10 dekabr 2004 |
Açılış tarixi | 10 dekabr 2004 |
Ölkə | |
Yerləşir | Şinko[d] |
35°27′15″ şm. e. 139°38′39″ ş. u.HGYO | |
kaiho.mlit.go.jp/03kanku… jcgmuseum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 10 dekabr 2004-cü ildə açılmışdır.[1]
Muzey Yaponiya Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunmuşdur.[2] Muzeyin əsas görməli eksponatı 2001-ci ilin dekabrında Amami-Oşima döyüşü zamanı sahil mühafizə xidməti tərəfindən ələ keçirilmiş, Şimali Koreyaya məxsus olan casus gəmisidir.[2] Burada "Casus gəmisi" sərgisi yaradılmışdır.[2] Gəmidən çıxarılmış bir çox material muzeydə sərgilənməkdədir: Yaponiya istehsalı mobil telefon, koreyaca–ingiliscə lüğət, tüfənglər, pulemyotlar, partlayıcı maddələr, polad dəbilqələr, dalğıclıq ləvazimatları və Kaqoşima prefekturasının sahil xəritələri.[2] Gəmidə tapılmış və Şimali Koreya lideri Kim İr Senin təsviri olan etiket sancağı da muzey eksponatları arasındadır.[2] Gəmi yarasız vəziyyətdə olsa da, ziyarətçilər gəmi ilə yaxından tanış ola bilərlər.[2]
Muzeyin son hissəsi Yaponiya Sahil Mühafizə Xidməti tərəfindən istifadə olunan gəmi və təyyarələrə həsr olunmuşdur.[2] Burada personalın təlimləri və vəzifələri haqqında məlumat verilir.[2]