Yuri Dud

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yuri Dud
rus. Юрий Дудь
Doğum tarixi (37 yaş)
Doğum yeri Potsdam, ADR
Vətəndaşlığı Rusiya Rusiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi[d]
Fəaliyyəti jurnalist, videobloqqer
yurij-dud.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Dud (rus. Юрий Дудь; 11 oktyabr 1986, Potsdam) — rusiyalı jurnalistvideobloqqer. Sports.ru nəşrinin baş redaktoru.

Həyatı

Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub.[1] Milliyyətcə ukraynalıdır.[2] 1990-cı ildən Rusiyada yaşayır.[3] 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.

11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib. 14 yaşında "İzvestiya" qəzetində ştatdankənar müxbir işləyib. 2003-cü ildə, 16 yaşında ikən qəzetin ştatlı əməkdaşı olub. 2007-ci ildə "PROsport" jurnalında çalışıb.[4] 2011-ci ildən Sports.ru nəşrinin baş redaktorudur.

"Rossiya-2" kanalında "Başla zərbə" və "Matç TV"də "Turun kultu" verilişlərini aparıb.[5][6]

2011-ci ildə "NTV-Plyus" peyk televiziyasının idman redaksiyasının xüsusi müxbiri və şərhçisi kimi çalışıb.

YouTube-da "vDud" adlı kanalı var. Burada o, tanınmış mədəniyyət, televiziya, internet, biznes və siyasət xadimlərindən müsahibə götürür.[7][8]

2017-ci ilin mayında Vasili Oblomovun "Nesti xernyu" mahnısının klipində öz rolunda çıxış edib.[9]

Mükafatları

2016-cı ildə "Turun kultu" proqramından tərəf müqabili olan Yevgeni Savinlə birlikdə "Televizordan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[10]

2017-ci ildə "Ekrandan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[11]

İstinadlar

  1.  КАКТУС #025. Юрий Дудь про «Зенит-Арену», феминизм, коррупцию и интервью с Путиным, 1:02:58 hissəsindən başlayaraq
  2. "Кто такой Юрий Дудь и как журналисту украинского происхождения удается критиковать Путина в России". ru.espreso.tv. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  3. "«Я панк, не мечтающий о бегстве из страны». Гуру спортивной журналистики выступит с лекцией в Екатеринбурге". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
  4. "Юрий Дудь: «Я сел с Емельяненко на маты — и если бы меня начали бить, не успел бы убежать»". 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  5. "Юрий Дудь: "Могу только догадываться, почему закрывают "Удар головой"". Советский спорт. 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.
  6. "Юрий Дудь: «Я не работаю на «Матч ТВ» — делаю программу «Культ тура» в другой компании, а канал её покупает»". Sports.ru. 2015-12-15. 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  7. "Юрий Дудь: Из шоу «КультТура» ушел спонсор. Но мы и сами виноваты". 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  8. "Кто такой Юрий Дудь: биография и личная жизнь журналиста". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  9. "Премьера клипа «Нести херню»: Вася Обломов и Юрий Дудь сняли пародию на российское ТВ". Дождь. 2017-05-18. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  10. "Лицо из ТВ 2016: Евгений Савин и Юрий Дудь". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  11. "GQ. Человек года 2017: Лицо с экрана". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.

Xarici keçidlər