Yuri Dud (rus. Юрий Дудь; 11 oktyabr 1986, Potsdam) — rusiyalı jurnalist və videobloqqer. Sports.ru nəşrinin baş redaktoru.
Yuri Dud | |
---|---|
rus. Юрий Дудь | |
Doğum tarixi | |
Doğum yeri | Potsdam, ADR |
Vətəndaşlığı | Rusiya |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, videobloqqer |
yurij-dud.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub.[1] Milliyyətcə ukraynalıdır.[2] 1990-cı ildən Rusiyada yaşayır.[3] 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.
11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib. 14 yaşında "İzvestiya" qəzetində ştatdankənar müxbir işləyib. 2003-cü ildə, 16 yaşında ikən qəzetin ştatlı əməkdaşı olub. 2007-ci ildə "PROsport" jurnalında çalışıb.[4] 2011-ci ildən Sports.ru nəşrinin baş redaktorudur.
"Rossiya-2" kanalında "Başla zərbə" və "Matç TV"də "Turun kultu" verilişlərini aparıb.[5][6]
2011-ci ildə "NTV-Plyus" peyk televiziyasının idman redaksiyasının xüsusi müxbiri və şərhçisi kimi çalışıb.
YouTube-da "vDud" adlı kanalı var. Burada o, tanınmış mədəniyyət, televiziya, internet, biznes və siyasət xadimlərindən müsahibə götürür.[7][8]
2017-ci ilin mayında Vasili Oblomovun "Nesti xernyu" mahnısının klipində öz rolunda çıxış edib.[9]
2016-cı ildə "Turun kultu" proqramından tərəf müqabili olan Yevgeni Savinlə birlikdə "Televizordan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[10]
2017-ci ildə "Ekrandan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[11]