Zaqora (Mərakeş)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zaqora
‫زاݣورة‬
ⵜⴰⵣⴳⵓⵔⵜ
30°19′53″ şm. e. 5°50′15″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 724 m
Əhalisi
Əhalisi
Xəritəni göstər/gizlə
Zaqora xəritədə
Zaqora
Zaqora
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi.

Coğrafiya

Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir.[3] Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir.

Toponimika

Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ) "əkiz zirvələr" deməkdir. Bu isə Əlmürabilər dövründə qalma qəsrlərə bir istinaddır.

Tarixi

Yəhudi salnamələrinə görə Zaqora VII əsrdə Draa çayı vadisini öz müstəmləkələrinə, Tamqrutu isə paytaxtlarına çevirmiş yəhudilər tərəfindən zəbt edilmişdir. Bundan əvvəl məntəqədə xristianlaşmış yerli bərbərdilli bir tayfa yaşayırdı. VIII əsrin əvvəllərində İfriqiyə əmiri Ukba ibn Nafi rəhbərliyində ərəb-müsəlman Raşidi xilafət ordusunun regiona hücum etməsi yəhudi icmasına böyük zərbə vurmuşdur.[4]

XI əsrin əvvəllərində Əlmürabilər dövlətinin qoşunları Zaqoranı zəbt etmiş, yerli yəhudi icmasına qarşı qırğın törədmişdir. Məntəqənin əhalisi tamamilə müsəlmanlaşdırılmışdı. Buna baxmayaraq, növbəti əsrlərdə şəhərdə yəhudi, eləcə də xristian icmaları yaranmağa başlamışdır. Tarixi Avropa xəritələrində Zaqora dağı qeyd edilsə də, məntənin özü XX əsrdə şəhərə çevrilmişdir. Zaqora dağının zirvəsində Əlmürabilər dövründən qalma bir qəsr yerləşir.[4]

Hər il şəhərdə İslam alimi və ilahiyyatçısı Əbdülqadir Gilaninin doğum gününü qeyd edən bayram keçirilir.

Nəqliyyat

Şəhərdə Zaqora Hava Limanı var.[5]

Əhali

Şəhər əhalisi ərəb, şilhəbərbər dillərində danışır. Şəhərin illik əhalisi:[6]

Qalereya

İstinadlar

  1. 2014 Moroccan census. / red. High Commission for Planning
  2. http://rgph2014.hcp.ma/file/166326/.
  3. "Zagora, Morocco Page". fallingrain.com (ingilis). Fallingrain. 29 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
  4. 1 2 "Amzru and the Zagora Djebel". darraha.com (ingilis). Maison & Table d'hòtes. Zagora. 26 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
  5. Zaqora Hava Limanı üçün aeroport məlumatıGreat Circle Mapper saytında.
  6. "Zagora" (ingilis). World Gazetteer. 29 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2019.

Xarici keçidlər

  • zagora-draa.com — Zaqora şəhərinin rəsmi saytı
  • "Zaqora". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.Agadir portalında.
  • "Zaqora". 2019-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.Lexicorient saytında.
  • "Zaqora". 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.TheCouch.org saytında.
  • "Zaqora". 2018-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.riaddusud.net saytında.