Zeynal Nağdəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zeynal Nağdəliyev
bayraq
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri
bayraq2
Vəzifədədir
31 may 2017-ci ildən
Əvvəlkivəzifə təsis edilib
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
bayraq2
29 noyabr 2012-ci il – 30 may 2017-ci il
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
bayraq
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
bayraq2
14 dekabr 2005 – 30 may 2017-ci il
ƏvvəlkiYusif Hümbətov
Sonrakıvəzifə ləğv olunub
bayraq
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
14 aprel 2003 – 14 dekabr 2005
ƏvvəlkiYaşar Rzayev
SonrakıSüleyman Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1957(1957-11-05) (66 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti alim

Təltifləri "Şöhrət" ordeni — 2017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012

Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru.

Həyatı

Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.

Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur.[1] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Zeynal Nağdəliyev isə deputat seçilə bilməmişdir.[2]

2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[3]. 2017-ci ilin noyabr ayında Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailələlidir, iki övladı var.[4]

Əmək fəaliyyəti

  • 05.04.1981–27.08.1982, 55 nömrəli texniki-peşə məktəbinin komsomol komitəsi, Katib
  • 30.08.1982–24.11.1984, Azərbaycan LKGİ MK, Təlimatçı
  • 24.11.1985–03.04.1986, Azərbaycan LKGİ Əzizbəyov rayon komitəsi, Birinci katib
  • 03.04.1986–27.02.1987, Azərbaycan LKGİ MK-nın İdman, hərbi-kütləvi işlər şöbəsi, Müdir
  • 27.02.1987–24.07.1990, Azərbaycan LKGİ-nin Təşkilat-kadr işləri şöbəsi, Müdir
  • 24.07.1990–14.09.1991, Azərbaycan LKGİ MK, Katib
  • 14.09.1991–01.04.1994, Azərbaycan Gənclər Təşkilatının Mərkəzi Komitəsi, Katib
  • 05.03.2001–23.04.2003, Ümumrusiya Azərbaycan Konqresi, İcraçı direktor
  • 14.04.2003–14.12.2005, Lənkəran şəhəri İcra hakimiyyəti, Başçı
  • 14.12.2005–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Müdir
  • 29.11.2012–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
  • 31.05.2017 — h/h, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi — şöbə müdiri

İstinadlar

  1. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  2. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
  3. PREZİDENT DÖVLƏT QULLUQÇULARINI TƏLTİF EDİB (Siyahı) [ölü keçid]
  4. "Z.S.Nağdəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.

Xarici keçidlər