Süleyman Mikayılov (tam adı: Süleyman Surxay oğlu Mikayılov; 27 aprel 1962) — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı (2010).
Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
Ailəlidir, iki övladı var.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Qaradağ rayonu 7 may 1923-cü ildə Mikoyan rayonu adı ilə təşkil olunmuşdur. Rayonun adı 1937-ci ildə Molotov rayonu, 1956-cı ildə Qaradağ rayonu, 1963-cü ildə Əzizbəyov rayonu və 1966-cı ildə yenidən Qaradağ rayonu olaraq dəyişdirilmişdir. 11 fevral 1940-cı ildə Ələt rayonu, 26 aprel 1945-ci ildə Korgöz rayonu ləğv edilərək Mikoyan rayonuna birləşdirilmişdir. 4 dekabr 1956-cı ildə Duvannı rayonu ləğv edilərək Qaradağ rayonuna birləşdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
1920-ci ilədək | |
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Şəhər Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Şəhər İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Lənkəran rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Astara rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 28 iyul 1971-ci ildə Lənkəran şəhəri respublika tabeli şəhər statusu almışdır. Qeyd 2: 1991-ci ildən etibarən isə Lənkəran Şəhər İcra Hakimiyyəti həm Lənkəran rayonuna, həm də Lənkəran şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Lənkəran rayon və Lənkəran şəhər xalq deputatları soveti vahid Lənkəran Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 2: Yardımlı rayonu 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil olunmuşdur. 19 iyul 1938-ci ildə Vərgədüz rayonunun adı Yardımlı rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |