Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya.
Azərbaycan Demokratik Sahibkarlar Partiyası | |
---|---|
Sədri | Qasım Qasımov |
Qurucu | Mahmud Məmmədov |
Quruluş tarixi | 23 aprel 1994 |
Qeydiyyat tarixi | 17 may 1994 |
Dağılma tarixi | 5 mart 2021 |
Birləşən |
Yeni Azərbaycan Partiyası (2021) |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır.[1]
Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur.[2]
1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.[2]
2 mart 2021-ci ildə Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir.[3]
Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.[4] Buna baxmayaraq tək mandatlı dairələrdən partiyanın 1 namizədi — Mikayıl Mirzə deputat seçilmişdir.[5]
Proporsional seçki üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[6]
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | Mahmud Məmmədov |
1 / 100 |
142,343 | 4.0 | 0 / 25 |
1 / 125
|