Zuzana Çaputova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zuzana Çaputova
slovak. Zuzana Čaputová
bayraq
Slovakiyanın 5-ci prezidenti
bayraq2
15 iyun 2019 – hal-hazırda
Baş nazirPitir Paleqrini
ƏvvəlkiAndrey Kisqa
Şəxsi məlumatlar
Doğum adı Zuzana Strapáková[1][2]
Doğum tarixi (50 yaş)
Doğum yeri Bratislava, Slovakiya
Vətəndaşlığı Slovakiya Slovakiya
Partiya Proqressiv Slovakiya (2017-2019-cu illər)
Bitərəf siyasətçi (2019-cu ildən bugünə kimi)
Təhsili Komenski Universiteti
Fəaliyyəti hüquqşünas, siyasətçi, aktivist, ətraf mühit fəalı, vəkil
Həyat yoldaşı İvan Kaputa (boşanıb)
Uşağı 2 qız övladı var
Elmi fəaliyyəti
Elm sahəsi hüquq[3], siyasət[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zuzana Çaputova (slovak. Zuzana Čaputová; 21 iyun 1973, Bratislava, Çexoslovakiya[4][5]) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir.[6] Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlamışdır.

Prezidentliyi

16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdir[7]. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub.

Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir[6]. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub[8].

Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlamışdır[6].

İstinadlar

  1. Çex Milli Hakimiyyət Məlumat bazası (çeş.).
  2. Deutsche Nationalbibliothek Record #1180944615 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. https://www.prezident.sk/page/zivotopis/ (словацк.).
  5. https://www.prezident.sk/en/page/biography/ (ing.).
  6. 1 2 3 Slovakiya prezident seçkilərində qalibin adı məlum olub. trt.net.tr (az.)
  7. Slovakiyada prezident seçkilərinin ilk turunda Zuzana Çaputova qalib gəlib Arxivləşdirilib 2019-03-31 at the Wayback Machine. azertag.az, 17.03.2019 (az.)
  8. "Zuzana Caputova becomes Slovakia's first female president". BBC News. 31 March 2019. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2019.