Aslan Qaraşarov
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Aslan Qaraşarov | |
---|---|
Aslan Məmməd oğlu Qaraşarov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Gəncə quberniyası, ADR |
Vəfat tarixi | |
Vəfat yeri | Rostov, Yaroslavl vilayəti, RSFSR, SSRİ |
Vəfat səbəbi | Döyüş zamanı ölüm |
Atası | Məmməd Qaraşarov |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Aslan Qaraşarov (1919–1943) — Böyük Vətən müharibəsi qəhrəmanı, baş serjant.
Həyatı[redaktə | mənbəni redaktə et]
Aslan Məmməd oğlu 19 noyabr 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Sənaye İnstitutunda oxumuş, Azərbaycan Radio Verilişləri Komitəsinin orkestrində işləmişdir.1939-cu uldə institutda oxuyarkən Sovet ordusu sıralarına çağrılmışdır.Böyük vətən müharibəsində 271-ci Azərbaycan milli diviziyasında artilleriya batereyasının komandiri olmuş, Şimali Qafqazın azad edilməsində igidlik göstərmişdir. Zaqafqaziya Cəbhəsi Şimal Qrupu qoşunlarının tərkibində Mozdokdan Azov dənizi sahillərinə kimi döyüş yolu keçmişdir.Aslan Qaraşarov Semernikovonun (indiki Rostov vilayəti) müdafiəsində düşmənin səkkiz tankını məhv etmiş və özü də həlak olmuşdur.
Mükafatları[redaktə | mənbəni redaktə et]
O, "Qırmızı Bayraq" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Rostov şəhərindəki xatirə lövhəsində Aslan Qaraşarovun da adı var. Şuşada adına küçə var.