Aslan Qaraşarov

Aslan Qaraşarov (1919–1943) — Böyük Vətən müharibəsi qəhrəmanı, baş serjant.

Aslan Qaraşarov
Aslan Məmməd oğlu Qaraşarov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Gəncə quberniyası, ADR
Vəfat tarixi
Vəfat yeri Rostov, Yaroslavl vilayəti, RSFSR, SSRİ
Vəfat səbəbi Döyüş zamanı ölüm
Atası Məmməd Qaraşarov
Təhsili Azərbaycan Sənaye İnstitutu

Aslan Məmməd oğlu 19 noyabr 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Sənaye İnstitutunda oxumuş, Azərbaycan Radio Verilişləri Komitəsinin orkestrində işləmişdir.1939-cu uldə institutda oxuyarkən Sovet ordusu sıralarına çağrılmışdır.Böyük vətən müharibəsində 271-ci Azərbaycan milli diviziyasında artilleriya batereyasının komandiri olmuş, Şimali Qafqazın azad edilməsində igidlik göstərmişdir. Zaqafqaziya Cəbhəsi Şimal Qrupu qoşunlarının tərkibində Mozdokdan Azov dənizi sahillərinə kimi döyüş yolu keçmişdir.Aslan Qaraşarov Semernikovonun (indiki Rostov vilayəti) müdafiəsində düşmənin səkkiz tankını məhv etmiş və özü də həlak olmuşdur.

O, "Qırmızı Bayraq" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Rostov şəhərindəki xatirə lövhəsində Aslan Qaraşarovun da adı var. Şuşada adına küçə var.