Məmər məscidi
Naviqasiyaya keç
Axtarışa keç
Məmər məscidi | |
---|---|
39°15′08″ şm. e. 46°41′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşir | Qubadlı rayonu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərmir |
Rəsmi adı: İNV № 4713 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məmər məscidi — Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa edilmiş məscid.[1]
Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış[2] və donuz tövləsinə çevrilmişdir.[3]
İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.[4]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ""Qarabağ – mədəniyyətimizin beşiyi": Məmər kənd məscidi". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Əsirlikdə olan Azərbaycan abidələri". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Qubadlının məscidi donuzxanaya çevrilib". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
- ↑ "OIC Expresses Concern over Destruction of Islamic Historical Shrines in Occupied Territories of Azerbaijan" (Press-reliz). Organisation of Islamic Cooperation. 11 November 2020. 12 November 2020 tarixində arxivləşdirilib.