Pteridium tauricum
Pteridium tauricum | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Pteridium tauricum |
||||
Beynəlxalq elmi adı | ||||
|
Pteridium tauricum (lat. Pteridium tauricum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin dennstaedtiaceae fəsiləsinin pteridium cinsinə aid bitki növü.
Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 2 m-ə qədər olan çoxillik bitkidir. Kökümsovu qaramtıl-qonur rəngdədir, sürünəndir. Yarpaqları uzun saplaq üzərindədir. Yarpaq ayası qalın dərilidir, deltaşəkilli-oval, yaşıl rəngdədir, iki-üç dəfə lələkvaridir, aşağı tərəfdən yumşaq ipək kimi sarı-qırımızımtıl tüklərlə qismən sıx örtülüdür. İyul-sentyabr aylarında sporlayır.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ, Lənk. oval. Ovalıqdan aşağı dağ qurşağına qədər, orta dağ qurşağında.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Meşələrdə, kolluqlarda, bağlarda alaq kimi, çay dərələrində rast gəlinir.
Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
Mal-qara, əsasən atlar üçün zəhərli bitkidir. Cavan zoğları P.aquiliunum (L.) Kuhn növünə yaxındır və bəzi ölkələrdə qidada istifadə olunur.