Yuxarı Qarquluq (Puldəşt)
Naviqasiyaya keç
Axtarışa keç
Yuxarı Qarquluq | |
---|---|
39°16′59″ şm. e. 45°06′58″ ş. u. | |
Ölkə | |
Yuxarı Qarquluq (fars. قارقولوق عليا) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Poldəştdən 7 kilometr aralıda, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir. Araz çayı onun şimalından axır. Kənd ərazisində bir köhnə körpü mövcüddür ki, indi yalnız onun bir qismi qalıb və uçulmuş vəziyyətdədir.
Əhalisi[redaktə | mənbəni redaktə et]
2006-cı il məlumatına görə kənddə 258 nəfər[1] yaşayır (65 ailə). Milli tərkibi Azərbaycan türkləri olaraq, əsas gəlir qaynaqları isə əkinçilik, tərəvəzçilik və balıqçılıqdır. Bu kənd yetişdirdiyi məhsullar arasında qarpızı ilə seçilir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.