Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت ) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir.
Puldəşt şəhristanının Qərbi Azərbaycan ostanı ndakı yerləşimi
Şəhristan Azərbaycan Respublikası nın Naxçıvan Muxtar Respublikası nın Babək , Kəngərli və Şərur rayon ları ilə həmsərhəddir.
2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi.[ 2]
Əhalisinin əksəriyyəti azərbaycanlılar dan ibarətdir və Azərbaycan dili ndə danışırlar.
Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhəri ndən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul" , və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
Mərkəzi bəxşi
İnzibati mərkəzi: Puldəşt (Ərəblər)
DEHİSTANLARI:
Çaybasar-i Şərqi dehistanı
KƏNDLƏRİ : Bəhlulkəndi, Eşqabad, Gingur, Girəkəndi, Kovlus, Muradlı-i Ülya (Yuxarı Muradlı) , Pazik, Sarısu, Şidi, Şotlu, Şorbulaq-i Süfla, Təzəkənd, Zəkirli, Zəngənə
Zəngibar dehistanı
KƏNDLƏRİ : Ağotluq, Əlinəzər, Ağəmirkəndi, Bəhlulabad/Təzəkənd, Dəylankəndi, Fətahkəndi, Hacısufi, Camalabad, Məşədimirzəkəndi, Mollakəndi, Muradlı-i Süfla (Aşağı Muradlı) , Muradlı-i Vusta (Orta Muradlı) , Nəzərxan, Oruc-i Məhəmmədkəndi, Pənahkəndi, Biləsuvar, Pörnək, Qılınclanmış, Qaracalı, Qaraxocalı, Qarquluq-i Ülya, Qarquluq-i Süfla, Qıyqac, Qırkəndi, Qutan, Saxtıman, Səyyət Askan Əşayir Milad, Təpəbaşı-i Pörnək
Araz bəxşi
Şəhərləri yoxdur
DEHİSTANLARI:
Qıclarat-i Qərbi dehistanı
KƏNDLƏRİ : Allahverdikəndi, Çaxmaqlı-i Ülya (Yuxarı Çaxmaqlı) , Çaxmaqlı-i Süfla (Aşağı Çaxmaqlı) , Givan, Kərimabad, Nazik-i Ülya, Nazik-i Süfla, Qoçkəndi, Şirməhəmməd
Qıclarat-i Şərqi dehistanı
KƏNDLƏRİ : Əzizkəndi, Bəycan, Divanxana, Duday, Qoçlar, Həsənkəndi, İlanlı İncədərəsi, Kərbəlayıbağırkəndi, Nüsrətabad, Qalacıq, Qurşaqlı, Qurşaqlı-i Kürd, Şəhrək-i Araz, Şəbli-i Ülya, Şəbli-i Süfla, Şeyxhəmzəli, Törəmiş
Şəhərlər Dehistanlar (qəsəbələr) Kəndlər
Mərkəzi Şəhristanlar Şəhərlər İran ostanları •
Qeyd: Bəzi şəhərlərin adlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir; adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir