Bəhlulabad (Poldəşt)

Bəhlulabad və ya Bala Təbriz (fars. بهلول‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bəhlulabad (Bala Təbriz), Poldəştin ən böyük və önəmli kəndi sayılaraq, şimaldan Pornak kəndi ilə, cənubdan Təbriz-Bazərqan yolu, şərqdən Piləsuvar və Əlinəzər kəndlərilə və qərbdən bir neçə yüksək dağla əhalələnir.

Bəhlulabad
39°13′50″ şm. e. 44°59′46″ ş. u.HGYO
Ölkə  İran
Əhalisi
Əhalisi 1383 (2006) nəfər
Xəritəni göstər/gizlə
Bəhlulabad xəritədə
Bəhlulabad
Bəhlulabad

2006-cı il məlumatına görə kənddə 1.383 nəfər[1] yaşayır (304 ailə). Bu kəndin əhalisi bütövlükdə Azərbaycan türkləri olaraq, bir neçə tayfaya bölünürlər: Şotular, Marakanlılar, Vərməzyarilər, Həsənkəndlilər və s. Hazırda kənddə təxminən 900 ev vardır. Burada 1500 nəfər əhali yaşayır. Kəndin əhalisi əsasən əkinçiliklə və davar saxlamaqla dolanır.

Kəndin məhəllələri

[redaktə | mənbəni redaktə et]
  • Üst məhəllə
  • Məscid məhəlləsi
  • Vərməzyar məhəlləsi
  • Çaylaq məhəlləsi
  • Babalar məhəlləsi

Habelə bu kəndin görməli yerlərindən Miltəpə, Qəcir qayası və quyularını örnək gösrtərmək olar.

  1. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.