Çırqal-ool Aleksey
Çırqal-ool Aleksey | |
---|---|
Doğum tarixi | 24 aprel 1924 |
Vəfat tarixi | 10 mart 1989 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | dirijor, aktyor, bəstəkar, musiqi pedaqoqu |
Üzvlüyü |
Çırqal-ool Aleksey (tıva Чыргал-оол, Алексей Боктаевич 24 aprel 1924 – 10 mart 1989, Kızıl, Tuva MSSR) — Tıva, sovet bəstəkarı, aktyor, dirijor, müəllim və ictimai xadim. SSRİ xalq artisti (1984). Onu ilk professional Tıva bəstəkarı adlandırırlar[1].
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Çırqal-ool Tuva Xalq Respublikasının ən qərb və ən ucqar Daa-xoşun (rayon) bölgəsində, Qərbi Sayan və Tannu-Ola silsiləsinin qarşılaşdığı kiçik Şuy kəndində (indiki Tıva Respublikasının Bay-Tayqa kojuununda) bir çoban ailəsində anadan olmuşdur.
Erkən uşaqlıqdan xalq çalğı alətləri çalmağı öyrənir və boğaz ifaçılığına yiyələnir. İbtidai təhsilini Qızıl-Majalıq orta məktəbində almışdır. Daha sonra Qızıl təlim kompleksində oxuyur. 1944-cü ildə məşhur şair Sarıq-ool Stepanın "Zərif külək" sözlərinə mahnı yazır. Eyni zamanda populyarlaşan və müəllifə şöhrət gətirən bir sıra digər mahnılarında müəllifidir.
1945-ci ildə Qızılda Musiqi və Dram Teatrı (aktyor şöbəsi) studiyasını bitirir. 1945-1951-ci illərdə Tıva Regional Dram Teatrının (indiki V. Kok-ool adına Tıva Milli Musiqi və Dram Teatrı) rəssamı aktyoru olur. Burada 20-ə yaxın rol oynayır.
1957-ci ildə Kazan Konservatoriyasını A. S. Lemanın kompazisiya və N. Q. Jiqanovun instrumental sinfini üzrə bitirib.
1958-ci ildən SSRİ Bəstəkarlar İttifaqının üzvü, Tıva Muxtar Sovet Sosialist Respublikası Bəstəkarlar İttifaqının yaranmasından, 1978-ci ildən onun rəhbəri (İdarə Heyətinin sədri), RSFSR Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, SSRİ Bəstəkarlar İttifaqı Komissiyasının üzvü.
Tıva professional musiqisinin inkişafına mühüm töhfə vermişdir. Tıva xalqının tarixində ilk dəfə olaraq musiqili komediya, oratoriya, kantata, simfonik poema və konsert janrlarında milli əsərlər hazırlamışdır.
2-ci çağırış Tıva Muxtar Sovet Sosialist Respublikası Ali Şurasının üzvüdür.
10 mart 1989-cu ildə Qızılda vəfat edir. Şəhər qəbiristanlığında dəfn edilir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar artisti (1964)
Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1967)
SSRİ xalq artisti (1984)
Tıva Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatı (1971)
"Şərəf nişanı" ordeni.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Teatr rolları
[redaktə | mənbəni redaktə et]Sedip ("Xayıran bot" V. Ş. Kok-oola)
Semis-Lama ("Dongur-Ool" S. K. Toka)
Xlestakov ("Revizor" N. V. Qoqol)
İvan Karas ("Dunay arxasında Zaparojyeli", S. S. Qülak-Artemovski)
Oleq Koşevoy (Gənc Qvardiya. A. A. Fadeev)
Pavel Korçaqin ("Polad necə bərkidi (roman)". N. A. Ostrovski)[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ИТАР-ТАСС. В Тыве начались культурно-музыкальные мероприятия, посвящённые 85-летию первого профессионального композитора-тывинца
- ↑ "ЧЫРГАЛ-ООЛ | Энциклопедия Сибири". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29.