Əli Məmmədov (siyasətçi, 1908)
Bu məqalə Ermənistan SSR-də fəaliyyət göstərmiş Əli Məmmədov haqqındadır. Digər siyasətçilər üçün Əli Məmmədov (siyasətçi) səhifəsinə baxın. |
Əli Məmmədov | |
---|---|
1950 – 1952 | |
1946 – 1950 | |
Əvvəlki | Hüseyn Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1973 |
Partiya |
|
Əli Sultan oğlu Məmmədov (1908, Maralzəmi, Zəngəzur qəzası – iyul 1973) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1950–1952), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1946–1950), Ermənistan SSR Ali Sovetinin III çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əli Sultan oğlu Məmmədov 1908-ci ildə Zəngəzur qəzasının (sonralar Meğri rayonunun) Maralzəmi kəndində anadan olmuşdur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda müstəqil şəkildə təhsilini artırmışdır.[1]
Əli Məmmədov 1927-ci ildən bir sıra məsul vəzifələrdə işləmişdir. O, Meğri rayonunun Vardanizor kənd sovetinin sədri, Nüvədi kəndində kolxoz sədri, Meğri Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan Kommunist Partiyası Meğri Rayon Komitəsinin ikinci katibi olmuşdur.[1]
1946-cı ildə Əli Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi seçilmiş, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq 1950-ci ildə bu vəzifədən azad edilərək Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə isə oxumağa göndərilməsi adı ilə bu vəzifədən azad edilmişdir.[2]
Əli Məmmədov 1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.[1]
Əli Məmmədov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, Ermənistan KP Vedi, Meğri, Qukasyan rayon komitələrinin üzvü olmuş, üçüncü çağırış Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. Bir sıra medallarla təltif edilmiş, respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]
Əli Məmmədov 1973-cü ilin iyul ayında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[1]
Azərbaycan ictimai-siyasi xadimi, şair-publisist Hidayət Orucovun dayısıdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Almaz Ülvi. "Burdan min atlı keçdi". sherg.az. 11 aprel 2022. 21 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023.
- 1908-ci ildə doğulanlar
- Zəngəzur qəzasında doğulanlar
- 1973-cü ildə vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan SSR Ali Sovetinin III çağırış deputatları
- Ermənistan Kommunist Partiyası Ararat Rayon Komitəsinin birinci katibləri
- Amasiya Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri