Qızıl Qoç rayonu

Qızıl Qoç rayonu, Qukasyan rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində rayon. Mərkəzi Qızıl Qoç kəndi olub.

Rayon
Qızıl Qoç rayonu
İnzibati mərkəz Qızıl Qoç
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Sahəsi
  • 562 km²
Qızıl Qoç rayonu xəritədə

1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci ilyanvarın 4-nə kimi Qızıl qoç rayonu, həmin tarixdən etibarən isə Verin Qukasyan rayonu adlandırılıb. 1956-cı il oktyabrın 12-dən etibarən isə Qukasyan rayonu adlandırılıb. Ərazisi 547 kv.km-dir. Rayon mərkəzi Qızıl qoç qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 165 km-dir.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Alıxan Getik 03.01.1935
Üçüncü Qarakilsə Dzoraşen 03.01.1935
Qızılkilsə Karmaravan 03.01.1935
Güllübulaq Vardaxpyur ...
Gürcüyolu Torosgyuğ ...
Dərəköy Dərəkənd ...
Dərəkənd Sarakyuğ 12.11.1946
Təzəkənd Tazagyuğ ...
Titoy xaraba Bavra ...
Qızıl Qoç Verin Qukasyan 04.01.1938
Bozyoxuş Musaelyan 12.11.1946
Düzxaraba Artaşen 12.11.1946
Çorlu Lrnantsk 12.11.1946
Samurlu Sarapat 12.11.1946
Korbulaq Tsaxkaşen 12.11.1946
Cızıxlar Tsoxamarq 12.11.1946
Ciftəli Zuyqaxpyur 12.11.1946
Böyük Şiştəpə Medz Sepasar 12.11.1946
Kiçik Şiştəpə Pokr Sepasar 12.11.1946
Başkənd Başkyuğ 04.04.1946
Verin Qukasyan Qukasyan 12.10.1956
Kiçik Sarıyal Pokr Sariar 04.04.1946
Lernantsk Lernkyuğ 12.10.1967
Tazakyuğ Tavşut 21.10.1967
Kefli Kakavasar 25.01.1978
Palıdlı Arpeni 25.01.1978
Təknəli Kokohovit 25.01.1978

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]