Azərbaycanlıların Ermənistandan deportasiyası

Azərbaycanlıların Ermənistandan deportasiyasıazərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə.[1][2][3][4][5]

Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi.[6][7][8][9]

Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

  • Birinci mərhələ 1905–1920-ci illər;
  • İkinci mərhələ 1948–1953-ci illər[10][11]
  • Üçüncü mərhələ 1988–1992-ci illər.

Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.

Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponimini də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kobinetinin çoxlu saylda sərəncamları ilə 2 mindən çox ad dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə sovet dövrü bəs etmədi. Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə ölkədəki bütün türk mənşəlli sözlərin dəyişdirilməsi 2007-ci ildə sona çata bilər.[12]

Azərbaycan, erməni və kürd əhalisinin sayının dəyişdirilməsi

İyirminci əsrdə əsrlər boyu Ermənistanın şərqində yaşamış azərbaycanlılar, sosial sahədə sıxışdırılaraq və deskriminasiya olunaraq çağırılmamış qonağa çevrildilər. Ermənilər bu insanların hesabına vətənlərinə olan hüququ realizə etmişdilər. 1918–1920 illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovuldu. 1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundu. 1988–1989-cu illərdə son etnik təmizlənmə vaxtı isə yerdə qalanlar qovuldular.[13][14][15][16][17][18][19][20][21][22][23][24][25][26]

Fransa, Rumıniya, Azərbaycan, Türkiyə, Ukrayna, İtaliya parlamentariləri tərəfindən imzalanmış Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarına əsasən "Böyük Ermənistan yaradılmasına yönəlilmiş azərbaycanlı əhalinin məcburi köçürülməsi, yüz ildən artıq bir dövrü əhatə edir".[27]

İrəvan quberniyasının etnik xəritəsi; xəritə 1902-ci ildə 1886-cı ilə aid kameral sayımının nəticələri əsasında tərtib edilib.

Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.

Hazırda Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.

Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.

1926 1939 1959 1970 1979 1989
Azərbaycanlılar
(min nəfər)
83,181 (9,4 %[28]) 130,896 (10.2 %) 107,748 (6.1 %) 148,189 (5.9 %) 160,841 (5.2 %) 84,860 (2.5 %)
  1. Thomas Ambrosio, "Irredentism", http://books.google.com/books?id=0hLzXEO-fAQC&hl=ru&source=gbs_navlinks Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine, Greenwood Publishing Group, 2001
  2. C. M. Hann, "Property Relations" Group, "The postsocialist agrarian question: property relations and the rural condition", http://books.google.com/books?id=_UR5lie_qPoC&pg=PA236&dq=deportation+of+azeris&lr=&ei=4TFcSuG6GZmIyQS16NW_Bw&hl=ru Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine, LIT Verlag Berlin-Hamburg-Münster, 2003
  3. Karen Dawisha, Bruce Parrott, "Independent Armenia", "Conflict, cleavage, and change in Central Asia and the Caucasus" "http://books.google.com/books?id=XvMfeIVY71sC&pg=PA119&dq=deportation+of+azeris&lr=&ei=ESpcSr7FDpnkygTi1Lz8CA&hl=ru Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine" " Cambridge University Press", 1997
  4. Taru Bahl, M.H. Syed, Refugees and displaced persons in Azerbaijan, "Encyclopaedia of the Muslim World", http://books.google.com/books?id=MJTdr3JI46wC&pg=PA107&dq=deportation+of+azeris&lr=&ei=ACxcSryKBaS4yQTg3ZGyBw&hl=ru[ölü keçid], Anmol Publications PVT. LTD, 2003
  5. Фуад Ахундов – Politoloq, Кто виноват в карабахском тупике? – Jurnal "Россия в глобальной политике" (rusca), http://www.globalaffairs.ru/numbers/30/9148.html Arxivləşdirilib 2009-04-11 at the Wayback Machine, № 1, Январь – Февраль 2008
  6. Members of Perlamentary Assembly of Council of Europe, HUSEYNOV, Rafael, Azerbaijan, ALDE;AÇIKGÖZ Ruhi, Turkey, EDG; ÇAVUSOĞLU, Mevlüt, Turkey, EDG; GOULET, Daniel, France, ALDE(Sénateur – Sénat France – Palais du Luxembourg, 15 rue de Vaugirard – 75291 – Paris cedex 06 – Tel: + 33 (0)1 42 34 29 26 – Fax: + 33 (0)1 42 34 40 84 – E-mail: [email protected]); HAJIYEV, Sabir, Azerbaijan, SOC; IBRAHIMLI, Fazail, Azerbaijan, ALDE; ILASCU, Ilie, Romania, NRI; ILICALI, Mustafa, Turkey, EPP/CD; ĐNCEKARA, Halide, Turkey, EPP/CD; MIRZAZADA, Aydin, Azerbaijan, EDG; PROVERA, Fiorello, Italy, ALDE; RAKHANSKY, Anatoliy, Ukraine, UEL; RIGONI, Andrea, Italy, EPP/CD; SEYIDOV, Samad, Azerbaijan, EDG;TEKELĐOĞLU, Mehmet, Turkey, EPP/CD, "The Armenian policy of ethnic cleansing against Azerbaijanis", http://assembly.coe.int/Documents/WorkingDocs/Doc06/EDOC10990.pdf Arxivləşdirilib 2009-07-30 at the Wayback Machine, Mr. Rafael Huseynov, Parlamentary of PACE, Council of Europe, 2006, səh. 1–2: "Nowadays, this country-invader and the Armenian lobby being its supporter with their prime goal to "create Great Armenia from sea to sea" are a serious threat not only for Azerbaijan but for a number of other countries as well. Having their secret and open activities aimed at the creation of "small Armenia states" in several countries of their compact living by using separatism, ethnic cleansing and terrorism the "Armenianism" can only be stopped by means of common efforts"
  7. Lowell W. Barrington, "After Independence: Making and Protecting the Nation in Postcolonial & Postcommunist States", USA, University of Michigan Press, 2006, …In late 1988, the entire Azerbaijani population (including Muslim Kurds) — some 167000 people — was kicked out of the Armenian SSR. In the process, dozens of people died due to isolated Armenian attacks and adverse conditions. This population transfer was partially in response to Armenians being forced out of Azerbaijan, but it was also the last phase of the gradual homogenization of the republic under Soviet rule. The population transfer was the latest, and not so "gentle, " episode of ethnic cleansing that increased Armenia’s homogenization from 90 percent to 98 percent. Nationalists, in collaboration with the Armenian state authorities, were responsible for this exodus.
  8. http://homepages.cae.wisc.edu/~dwilson/Armenia/justin.html Arxivləşdirilib 2021-02-26 at the Wayback Machine Armenian-Turkish Conflict, Speech given by Dr. Justin McCarthy at the Turkish Grand National Assembly, March 24, 2005: Sitat: The plan of the Armenian Nationalists has not changed in more than 100 years. It is to create an Armenia in Eastern Anatolia and the Southern Caucasus, regardless of the wishes of the people who live there… The map you see is based on the program of the Dashnak Party and the Armenian Republic. It shows what the Armenian Nationalists claim. The population of the new "Armenia" would be less than one-fourth Armenian at best. Could such a state long exist? Yes, it could exist, but only if the Turks were expelled. That was the policy of the Armenian Nationalists in 1915. It would be their policy tomorrow.
  9. http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4664000/4664621.stm Arxivləşdirilib 2011-06-19 at the Wayback Machine Tomas de Vaal. "Qara bağ".
  10. A.L.P. Burdett, Historical Overview, Armenia: Political And Ethnic Boundaries 1878–1948, http://www.archiveeditions.co.uk/titledetails.asp?tid=19 Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine, A.L.P. Burdett, Cambridge Univercity, 1998.
  11. https://web.archive.org/web/20090730201136/http://assembly.coe.int/Documents/WorkingDocs/Doc06/EDOC10990.pdf в тексте полностью описано
  12. http://homepages.cae.wisc.edu/~dwilson/Armenia/justin.html Arxivləşdirilib 2021-02-26 at the Wayback Machine Armenian-Turkish Conflict, Speech given by Dr. Justin McCarthy at the Turkish Grand National Assembly, March 24, 2005: ЦИТАТА: The plan of the Armenian Nationalists has not changed in more than 100 years. It is to create an Armenia in Eastern Anatolia and the Southern Caucasus, regardless of the wishes of the people who live there… The map you see is based on the program of the Dashnak Party and the Armenian Republic. It shows what the Armenian Nationalists claim. The population of the new "Armenia" would be less than one-fourth Armenian at best. Could such a state long exist? Yes, it could exist, but only if the Turks were expelled. That was the policy of the Armenian Nationalists in 1915. It would be their policy tomorrow.
  13. http://www.unhchr.ch/Huridocda/Huridoca.nsf/TestFrame/1afd81b92edde1bc80256650004effc5?Opendocument Arxivləşdirilib 2009-07-21 at the Wayback Machine Letter dated 26 May 1988 from the Permanent Representative of the Azerbaijan Republic to the United Nations Office at Geneva addressed to the secretariat of the Sub-Commission on Prevention of Discrimination and Protection of Minorities – (Signed): Sima EIVAZOVA – Ambassador – Information on mass deportation of Azerbaijanis from their historical and ethnic lands in the territory of the Armenian SSR between 1948 and 1953
  14. http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4664000/4664621.stm Arxivləşdirilib 2011-06-19 at the Wayback Machine, Tomas de Vaal, "Черный сад". Ermənistan və Azərbaycan sülh və hərb arasında, V fəsil, İrəvan.
  15. "Arxivlənmiş surət". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-03.
  16. "Arxivlənmiş surət". 2009-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-03.
  17. Nikolaĭ Fedorovich Bugaĭ, Askarbi Muaedovich Gonov, "Кавказ, народы в эшелонах: 20–60-е годы" , http://books.google.com/books?id=TGUnAAAAMAAJ&q=%D0%B4%D0%B5%D0%BF%D0%BE%D1%80%D1%82%D0%B0%D1%86%D0%B8%D1%8F+%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2&dq=%D0%B4%D0%B5%D0%BF%D0%BE%D1%80%D1%82%D0%B0%D1%86%D0%B8%D1%8F+%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2&ei=5XM7Ss7BF4_wyATJkOy6BQ&hl=ru&output=html&pgis=1 Arxivləşdirilib 2021-07-22 at the Wayback Machine INSAN, 1998, Miçiqan Universiteti
  18. Nikolaĭ Oganesovich Oganesi︠a︡n, "The Karabakh problem: the thorny road to freedom and independence", Miçiqan Universiteti, 2004
  19. Svante E. Cornell, The Azeris:a divided nation, "Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus, Sitatlar: Page 94: Azeris were actively "advised" or simply forced to leave these areas and in Armenia, the process were completed by 1989. Few outright ethnic pogroms by the Armenian side occured and when it did this was the case in the initial phases of the process of the ethnic cleansing., http://books.google.com/books?hl=en&lr=&id=ff2zOZYaZx0C&oi=fnd&pg=PA10&dq=armenian+nationality+greater+armenia+azeris&ots=dPcWal2WkO&sig=ekOlzl2Vyra4dE9w20aNvoePnNs Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine , Routledge, 2001
  20. http://books.google.com/,books?id=eDTuxhmqzSkC&pg=PA1&dq=deportation+of+azeris&lr=&ei=RxtcSsuTCp7wyASriv2sDg&hl=ru[ölü keçid] Human Rights Watch/Helsinki (Organization : U.S.), Christopher Panico, Jemera Rone – стр.58
  21. A.L.P. Burdett, Historical Overview, "Armenia: Political And Ethnic Boundaries 1878–1948", http://www.archiveeditions.co.uk/titledetails.asp?tid=19 Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine, A.L.P. Burdett, Cambridge Univercity, 1998 "…and encouraged 100,000 Armenians to return to the Armenian SSR, but also forced thousands of ethnic Azerbaijanis living in Armenia to move to Azerbaijan and thus make room for the incoming Armenian repatriates. Слово forced.
  22. Lowell W. Barrington, After Independence: Making and Protecting the Nation in Postcolonial & Postcommunist States., USA, University of Michigan Press, 2006 "…In late 1988, the entire Azerbaijani population (including Muslim Kurds) — some 167000 people — was kicked out of the Armenian SSR. In the process, dozens of people died due to isolated Armenian attacks and adverse conditions. This population transfer was partially in response to Armenians being forced out of Azerbaijan, but it was also the last phase of the gradual homogenization of the republic under Soviet rule. The population transfer was the latest, and not so "gentle, " episode of ethnic cleansing that increased Armenia’s homogenization from 90 percent to 98 percent. Nationalists, in collaboration with the Armenian state authorities, were responsible for this exodus.
  23. Peter H. Juviler, Bertram Myron Gross, Vladimir Alekseevich Kartashkin, Elena Andreevna Lukasheva, "Human rights for the 21st century, foundations for responsible hope: a U.S. post Soviet dialogue, 1993,
  24. Stuart J. Kaufman – Professor of Political Science and International Relations, joined the University of Delaware faculty in 2004. He taught at the University of Kentucky from 1990 to 2004. He specializes in ethnic conflict, international security affairs and international relations theory. The winner of a Council on Foreign Relations International Affairs Fellowship for 1998–99, Dr. Kaufman spent 1999 working as Director for Russian, Ukrainian and Eurasian Affairs on the U.S. National Security Council staff. Dr. Kaufman earned his B.A. (1983) from Harvard University, and his M.A. (1985) and Ph.D. (1991) from the University of Michigan. "Modern hatreds: the symbolic politics of ethnic war", http://books.google.com/books?id=2Plw98pTk5wC&pg=PA67&dq=ethnic+cleansing+against+Azerbaijanis&ei=HoE7Sre7G4y2yQSUhry6BQ&hl=ru Arxivləşdirilib 2021-07-22 at the Wayback Machine, США, Cornell University Press, 2001, Səh. 62: "Armenians began driving ethnic Azerbaijanis from their homes, (…The result of rising hostility was the virtual ethnic cleansing of Armenia and Azerbaijan proper in November 1988)
  25. Council of Europe: Parliamentary Assembly, Council of Europe. Consultative Assembly, http://books.google.com/books?id=1hAEKAAcJnQC&dq=ethnic+cleansing+against+Azerbaijanis&hl=ru&source=gbs_navlinks_s Arxivləşdirilib 2016-10-17 at the Wayback Machine, http://books.google.com/books?id=1hAEKAAcJnQC&dq=ethnic+cleansing+against+Azerbaijanis&hl=ru&source=gbs_navlinks_s Arxivləşdirilib 2016-10-17 at the Wayback Machine, Strasburq, Council of Europe, 2005, səh. 299 (…However, anti-Azerbaijani policy was pursued by Armenia through-out the entire twentieth century: The Genocide committee against Azerbaijanis by Armenians in 1918, deportations perpetrated by them in 1948 and 1953, and finally the policy of ethnic cleansing and occupation started in 1988…)
  26. Members of Perlamentary Assembly of Council of Europe, HUSEYNOV, Rafael, Azerbaijan, ALDE;AÇIKGÖZ Ruhi, Turkey, EDG; ÇAVUSOĞLU, Mevlüt, Turkey, EDG; GOULET, Daniel, France, ALDE(Sénateur – Sénat France – Palais du Luxembourg, 15 rue de Vaugirard – 75291 – Paris cedex 06 – Tel: + 33 (0)1 42 34 29 26 – Fax: + 33 (0)1 42 34 40 84 – E-mail: [email protected]); HAJIYEV, Sabir, Azerbaijan, SOC; IBRAHIMLI, Fazail, Azerbaijan, ALDE; ILASCU, Ilie, Romania, NRI; ILICALI, Mustafa, Turkey, EPP/CD; ĐNCEKARA, Halide, Turkey, EPP/CD; MIRZAZADA, Aydin, Azerbaijan, EDG; PROVERA, Fiorello, Italy, ALDE; RAKHANSKY, Anatoliy, Ukraine, UEL; RIGONI, Andrea, Italy, EPP/CD; SEYIDOV, Samad, Azerbaijan, EDG;TEKELĐOĞLU, Mehmet, Turkey, EPP/CD, "The Armenian policy of ethnic cleansing against Azerbaijanis", http://assembly.coe.int/Documents/WorkingDocs/Doc06/EDOC10990.pdf Arxivləşdirilib 2009-07-30 at the Wayback Machine, Mr. Rafael Huseynov, Parlamentary of PACE, Strasburq, Council of Europe, 2006, səh. 1–2 (The Armenian policy of ethnic cleansing against Azerbaijanis (Azərbaycanlılara qarşı etnik təmizlənmənin erməni siyasəti), Nowadays, this country-invader and the Armenian lobby being its supporter with their prime goal to "create Great Armenia from sea to sea" are a serious threat not only for Azerbaijan but for a number of other countries as well. Having their secret and open activities aimed at the creation of "small Armenia states" in several countries of their compact living by using separatism, ethnic cleansing and terrorism the "Armenianism" can only be stopped by means of common efforts.
  27. "Arxivlənmiş surət" (PDF). 2009-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-07-30.
  28. azərbaycanlıların sayı, faizlə